|
Rüşvət, saçyoldu, cadu, intihara cəhd.
Dünyanın diqqətçəkən yarışmalarından olan Braziliyanın ən gözəl ombalı qadınını seçən “Miss Bumbum” yarışmasının sirləri ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, yarışmanın pərdəarxası məqamlarını araşdırmaq üçün Braziliyaya gedən ingilis müxbir, qızların münsiflərə rüşvət vermək, dava-dalaş etmək, bir-birinin arxasınca quyu qazmaq, saçyolduya çıxmaq və cadu etdirmək kimi nüanslara rast gəldiyini yazıb.
Müsabiqə zamanı güclü əsəb keçirərək huşunu itirənlərdən əlavə, hətta bir iştirakçı da intihara cəhd edib.
Finala qalan 15 qız isə “Miss Bumbum” malikanəsində yaşamağa şans qazanıb.