|
“Həyatdakı tək doğmam Gülüdür”.
Xalq artisti Rəmiş “Qonaq gəl bizə” verilişinin qonağı olub.
Teleqraf.az axşam.az-a istinadla məlumatına görə, gitara ifaçısı özü ilə bağlı etiraf edib:
“Çox əliaçığam. Gülü (həyat yoldaşı - red.) olmasa, heç nəyim olmazdı. Kostyum alırdım, bir gün geyinib atırdım. Gülü gələndən sonra gündə birini geyinməyə başladım. Elə bir ağır xəstəliyə düçar olmuşdum ki, öləcəkdim. 42 kiloqram qalmışdım. Məni o bəladan Gülü xilas etdi”.
Rəmiş həyatdakı peşmançılığından da danışıb:
“Kaş anamı Ağdamda, atamın yanında dəfn edərdim. Həyatımda tək peşmançılığım o olub”.
Gitara ifaçısı ilk həyat yoldaşından dünyaya gələn övladlarından imtina etdiyini də bildirib:
“Övladlarımdan imtina etmişəm. Gülü nə vaxt onları bağışlasa, mən də keçərəm. Atanın qarşısında səhv edənin günahından keçmək olmaz. Bu yaxınlarda övladımın biri harasa gedəndə, mənim adıma görə içəri buraxıblar. Amma deyib, elə atam yoxdur. Onlar mənim heç nəyimdir. Həyatdakı tək doğmam Gülüdür”.