|
“Eurovision 2015” mahnı müsabiqəsində təmsilçimiz Elnur Hüseynov yarışmanın ikinci yarımfinal mərhələsində səhnəyə on birinci nömrə altında çıxıb. Həmyerlimizin çıxışı uğurlu alınıb.
"Report" xəbər verir ki, Elnur Hüseynov İsveç bəstəkarları Sanrda Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib.
Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər, hər bir qəlbin mübarizəyə layiq olduğu səhnə performansında təcəssüm olunur. İnsanlar bir-birinə, ətrafındakılara qarşı daha duyarlı olmağa çağırılır.
Elnur Hüseynovun ifası rəqqasların fərqli formada rəqsi illə müşayiət edilib.
Yarımfinal mərhələsində iştirak edən 17 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından finala vəsiqə qazanan 10 ölkə müəyyənləşib. Həmin ölkələrin sıra ardıcıllığı belədir: Litva (1), Polşa (2), Sloveniya (3), İsveç (4), Norveç (5), Monteneqro (6), Kipr (7), Azərbaycan (8), Latviya (9), İsrail (10).
“Eurovision”ın final mərhələsi mayın 23-də baş tutacaq.