|
Tanınmış müğənni Elşad Qarayev Rəmişlə toy sahibini döyüb.
Teleqraf.az gece.az-a istinadən xəbər verir ki,”Evdəyik” verilişinin qonaqı olan sənətçi illər öndə toy məclislərinin birində başlarına gələn əhvalatı danışıb: “Bir gün rayonların birində Rəmişlə toyda iştirak edirdik.Məclis sona çatana yaxın, toy sahibi və qardaşı bir-birinə deyir ki, sən bunlarla pulu çox danışmısan, mənə desəydin, ucuz danışardım. Rəmişə dedim, qardaş, bunlar deyəsən pulumuzu kəsmək istəyirlər.Toyu edən kolxoz sədri idi.Toy bitəndən sonra,Rəmiş həmin kişiyə deyir, bizim pulumuzu nə vaxt verəcəksiz? Səs çıxmadı .O,vaxt “vilis” maşını ilə toya getmişdik. Onunla körpüdə, kürün üstündə söhbət edirdik. Rəmiş bizimlə gələn musiqiçilərə dedi ki, aşırdın bunu kanala. Hamımız güc eləyib, “vilis”i aşırdıq kanala, kişi də onun içində. Sonra Bakıya qayıtdıq. Rəmiş bizimlə gedən bütün musiqiçilərin pulunu öz cibindən verdi”.