|
Müğənni Günel Zeynalova “Starlife”da toy hazırlıqlarından danışıb.
Uzun müddətdir, nişanlı olan Günelin ayrıldığı barədə şaiyələr yayılıb. Açıqlaması ilə bu dedi-qoduların qarşısını almağa çalışan ifaçı toy planlarından söhbət açmağı unutmayıb.
“Deyirlər ki, bu qədər nişanlı qalmaq olar? Təbii ki, olmaz. Bəzi işlərimiz vardı. Bunları yerbəyer etmək lazım idi. Hop deyən kimi toy olmur ki? Toy etmək üçün uzun müddət lazımdır. Amma hər şey yolundadır. Allah qismət eləsin. İnşallah”.
Toyun tarixi yaxınlaşan Azəri qızı adət-ənənəyə uyğun olaraq, indidən cehiz alış-verişinə də çıxıb. Toyunda açıq geyinmək istəməyən sənətçi gəlinlik seçimində hələ də tərəddüd etdiyini söyləyib.
“Cehizlər yığılıb. Heç qoymağa yer tapa bilmirəm. Namus-qeyrətlə gəlin köçmək gözəl bir hissdir. Bu mənim üçün çox önəmlidir. İnşallah, Allah o şəkildə evimdən çıxmağı nəsib etsin. Bir xanım öz dəyərini çox yaxşı bilməlidir.
Gəlin donumu tikdirmək istəyirəm. Sadə bir şey axtarıram. Çox daş-qaş olmayacaq. Baxdıqlarım ya çox açıqdırlar, ya da çox bağlı. Orta səviyyədə bir şey istəyirəm. Toyda iki paltar geyinəcəm. Yəqin ki, birini tikdirəcəm, birini alacam”.
Qeyd edək ki,Günel Zeynalova Türkiyə vətəndaşı İnanc Başəyməzlə üç ildir nişanlıdır. (gecce.az)