Rich Kids of Tehran” (Tehranın Zəngin Uşaqları) adı ilə açılan hesabda iranlı zəngin gənclərin lüks və dəbdəbəli həyatını əks etdirən fotoşəkillər paylaşılır.
Fotoşəkillərə edilən şərhlər fərqlidir. Bəziləri gəncləri ölkənin dini, mədəni quruluşuna zidd davranmaqla tənqid edir. Bəzi şərhlərdə isə ölkənin iqtisadi böhranda olduğu ifadə edilərək, zənginliyin xaricə vurulması tənqid edilir. Bununla yanaşı, fotoşəkillərlə bağlı kifayət qədər təriflər də yazılır..
İrandakı dini rejim islam qaydalarına zidd meyllərə maneə törətmək üçün sərt cəzalar tətbiq edir.