Türkiyəli müğənni Mustafa Ceceli xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxandan danışıb.
Axşam.az-ın məlumatına görə, albom işlərinə başı qarışan Mustafa “Onlar” verilişinə açıqlamasında hər iki ifaçı ilə işbirliyinin davam etdiyini deyib:
“Yeni albomumun işlərini tamamlayıb, Aygün və Röya ilə işbirliyinə davam edəcəm. İkisini də çox sevirəm və hörmət edirəm. Aygün xanım Azərbaycanda ən çox dəyər verdiyim bir ifaçıdır, o, əsl “diva”dır. Ötən gün mesajlaşdıq. Deyir ki, “Mustafa tez ol, gecikirik”. Söz verdim ki, yaxın günlərdə işə davam edəcəyik”.