|
FETÖ-nün Türkiyədəki çevriliş cəhdini dəstəkləyən Pentaqonun keçmiş rəsmisi Mixael Rubin “Türkiyədəki amerikalılar mümkün sui-qəsd təhlükəsi ilə üz-üzə” adlı sensasiyalı məqalə qələmə alıb.
Publika.az xəbər verir ki, Ərdoğan hökumətinin əleyhinə çıxan Rubin Türk ordusunun əvvəlki kimi NATO-nun təsir dairəsində qalması üçün hər şeyə əl atmağı dəstəkləyir.
Rubin Türkiyə ordusu üzərində üç şəxsin xüsusi təsirə malik olduğunu yazıb.
Bu şəxslər Baş qərargah rəisi Hulusi Akar, Türkiyə prezidentinin müşaviri Adnan Tanrıverdi və Vətən Partiyasının lideri Doğu Perinçekdir.
Rubin “dərin dövlət”in adamı olaraq tanınan, 2019-cu ildə Vətən Partiyasının prezidentliyə namizədi Doğu Perinçekin ABŞ və NATO üçün “ən təhlükəli” şəxs olaraq təqdim edir.
Türkiyəli mütəxəssislər Rubinin iddialarını ordu içində təfriqə yaratmaq məqsədi daşıyan psixoloji hücum olduğunu düşünürlər.
“Ərdoğan ya da Perinçek əhaliyə İncirlik bazasına hücum etmək əmri verərsə, baza işğal ediləcək”, - deyə iddia edən Rubin Tramp Administrasiyasına “İncirlikdəki amerikalı hərbiçiləri İordaniya, Rumıniya, ya da digər ölkələrə köçürün” çağırışı edib.
Qeyd edək ki, M.Rubinin ABŞ kəşfiyyatına bağlı ekspert olduğu və əsasən psixoloji hücumların həyata keçirilməsi kimi işləri həyata keçirdiyi haqda məlumatlar var.
Teleqraf.az