|
İraq televiziyaları gözlənilən Mosul əməliyyatının başladığı xəbərlərini son dəqiqə xəbəri olaraq yayarkən, Türkiyənin rəsmi Anadolu Agentliyi də ABŞ əsgərlərinin Mosulda İŞİD hədəflərini artilleriya atəşlərinə tutduğu haqda məlumat yayıb.
Avropa.info xəbər verir ki, CNN Türk isə Türkiyə hökumətində qaynaqlara əsaslandırdığı xəbərində, Türkiyənin ABŞ-ı İranmeyilli şiə qüvvələrinin bölgəyə girəcəyi halda 100 illik məzhəb savaşı başlayacağı haqda xəbərdar etdiyini bildirib.
Məlumata görə, Türkiyənin məzhəb müharibəsi xəbərdarlığını ABŞ ciddi qəbul edib və Mosul əməliyyatına şiə qruplaşmaları cəlb edilməyib.