|
Rusiya Krımda altı nüvə başlığı yerləşdirib.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib.
Onun sözlərinə görə, Rusiya ordusu həmçinin sovet dövründə nüvə anbarı kimi istifadə etdiyi Qızıltaşdakı obyektləri də yenidən bərpa edib.
O, Krıma nüvə silahlarının yerləşdirilməsinin region üçün böyük təhlükə kəsb etdiyini bildirib.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.