|
İran Türkiyədən Suriyada həyata keçirdiyi hərbi əməliyyatları dayandırmağı tələb edib.
Axar.az Vzqlyad-a istinadən xəbər verir ki, bu haqda məlumatı İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasemi verib.
Onun sözlərinə görə, İran XİN Türkiyənin Suriya ərazisində davam etdirdiyi əməliyyatlardan narahatdır və Ankaradan bu əməliyyatları dayandırmağı tələb edir.