|
İran polisi Tehran yaxınlığında birgə şənlik keçirdiklərinə görə təxminən 150 oğlan və qızı həbs edib.
Bu barədə çərşənbə günü, iyulun 26-da, The Daily Mail nəşri xəbər verir.
“Tehran vilayənin qərbində İslamşar yaxınlığında bağda oğlan və qızların birgə şənlik keçirməsi barədə məlumat aldıqdan sonra xüsusi əməliyyat keçirilib. Əməliyyata İran polisi və daha bir təşkilatın (adı açıqlanmır) əməkdaşları cəlb olunublar”, - polis polkovniki Mohsen Xançərli bəyan edib.
O qeyd edib ki, bayram şənliyi yaxınlığında qanunsuz səsyazma studiyası da aşkar edilib. Gənclər ad günü tədbiri keçirdiklərini bildiriblər.
Xançərli əlavə edib ki, İslam Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları ölkədə mənəvi normalara riayət olunmasına daima diqqətdə saxlayırlar.
7news.Az