Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimin hələ də kimliyinə aydınlıq gətirilməyib. Ötən il oktyabrın 31-dən etibarən səlahiyyət müddəti bitən hazırkı hakim Xanlar Hacıyevin yerinə Azərbaycan iki dəfə hakim təyin etməyə səy göstərsə də nəticəsiz qalıb. 

Azərbaycan hökuməti birinci dəfə 2015-ci ilin aprelində Avropa Məhkəməsinin hakimi vəzifəsinə üç namizəd irəli sürüb. Namizədlər Prezident Administrasiyasının Hüquq- mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Bakı Apelyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova olub. Amma AŞ PA-nın Alt Komitəsi namizədləri qəbul etməyib və siyahını geri qaytarıb.

Azərbaycan ikinci dəfə bu ilin yanvarında hakimliyə namizədlərin siyahısını AŞ PA-ya təqdim edib. Bu vəzifəyə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsi Çingiz Əsgərovun, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyevin və Elşanə Vəliyevanın namizədliyi irəli sürülmüşdü. Lakin AŞ PA-nın Alt Komitəsi ikinci dəfə də siyahını geri qaytarıb. 

Bu səbəbdən Azərbaycanı Avropa Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyevin səlahiyyət müddəti müvəqqəti artırılıb.

Azərbaycanda bəzi tanınmış hüquq müdafiəçiləri sözügedən vəzifədə görmək istədikləri adamların adını çəkərkən keçmiş baş prokuror, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinada səfiri Eldar Həsənovun adını Avropa Məhkəməsində Azərbaycanı təmsil edəcək hakim kimi ən yaxşı kadr kimi qeyd ediblər. Bu fikirdə olanlar hesab edir ki, Eldar Həsənov kimi peşəkar kadr bu vəzifədə olarsa, Avropa Məhkəməsi ilə Azərbaycanın münasibətləri daha da yaxşılaşar.

Mayın 18-də səfir Eldar Həsənovla əlaqə saxladıq və Avropa Məhkəməsində Azərbaycanı təmsil edəcək hakim vəzifəsinə onun təklif edilməsinə münasibətini öyrəndik.

Eldar Həsənov “Yeni Müsavat”a açıqlamasında öncə onu dəyərləndirən insanlara təşəkkürünü bildirdi. Sonra qeyd etdi ki, Avropa Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimin kifayət qədər savadlı, təcrübəsi olan bir hüquqşünasın olması, əlbəttə, çox önəmlidir: “Məhkəmə-hüquq təcrübəsi ilə yanaşı, Avropa meyarlarını, beynəlxalq hüququ dərindən bilən, insan haqlarının inkişafına önəm verən, qanunun tətbiqində təcrübəsi olan bir hüquqşünasdan söhbət getməlidir. Düşünürəm ki, belə hüquqşünaslar ölkəmizdə yetərincə var. Dövlətimizin də seçimində bu amilləri nəzərə alacağına əminəm. Düşünürəm ki, dövlətimiz məhz belə bir kadrı oraya göndərəcək. O kadr ki, məhkəmə hüquq sistemində Xanlar Hacıyev səviyyəsində ola biləcək birisi olsun. Xanlar Hacıyev çox dərin biliyə, obyektiv ədalətli qanunun tətbiqinə əsaslanan lazımlı kadrdır. O ki qaldı mənə, mənim üçün sevindirici odur ki, mən 2001-ci ildən çalışdığım peşəyə o qədər bağlanmışam ki, başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil. Hazırda işlədiyim sahə mənim üçün çox maraqlıdır”. /Musavat.com/

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

02 May 2016 Xamneyinin hərbi müşaviri Türkiyə haqda qalmaqallı açıqlama verib

Xəbər lenti