|
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkəmizin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb`.
Teleqraf.az xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rəsmi Bakının Suriya böhranı ilə bağlı mövqeyini açıqlayarkən deyib.
H. Hacıyev fikrini belə davam etdirib: “Biz ən əsası, bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq"