|
Suriyalı qaçqınlara qapılarını açan rəsmi Berlin bunun üçün onların qarşısına qeyri-humanist şərt qoyur. ANS PRESS-in “Haber7.com” saytına istinadən verdiyi məlumata görə, Almaniya kansleri Anqela Merkelin məxfi göstərişi ilə ölkəyə daxil olan və burda yaşamaq istəyən müsəlman qaçqınların qarşısına xristian olmaq şərti qoyulub. Çıxılmaz vəziyyətqə qalaraq bu şərti qəbul edən suriyalıların olması almanları cəsarətləndirib. Bu barədə danışmaq istəyən qaçqınlar isə almanların hədə-qorxusu ilə üzləşirlər.
Xəbər mənbəyi bildirir ki, bu hal macarları da həvəsləndirib və onlar da ölkələrinə daxil olan müsəlman qaçqınlara xaçpərəstliyi qəbul etmək şərti qoyurlar.
Avropa İttifaqı rəsmilərinin məsələdən xəbərdar olduqları, amma susduqları qeyd edilib.
İŞİD terrorçuları və Bəşər Əsədə sadiq qüvvələrin zülmlərinin pik həddə çatdığı Suriyanı ölkə sakinləri tərk etməyə başlayıblar. Həmçinin rəsmi Vaşinqtonun “demokratikləşdirdiyi” İraq və Əfqanıstan sakinləri də ölkədəki terrorun və anarxiyanın qurbanı olmamaq üçün Avropa ölkələrinə üz tutmağa başlayıblar. Yaşamaq ümidi ilə ölkələrini tərk edən bu insanların əksəriyyəti Avropaya çatmamış yolda ölürlər.
Bu ilin əvvəlindən qaçqınların əsasən Aralıq dənizində boğulub ölmələri aktual olsa da ötən həftə Aylan Kurdi adlı azyaşlının faciəvi şəkildə ölməsi bu məsələni bir daha bütün dünyanın gündəminə gətirib.