|
Dünyanın ən qamaqallı liderlərindən olan Kim Çen In daha bir tərəfdaşını itirdi. ANS PRESS-in məlumatına görə, bu dəfə generalı ondan qaçıb.
Məmurları edam etdirən, ac heyvanlara yedirən liderdən qaçan Şimali Koreyalı general Pak Sın Von KXDR-dən Rusiya vasitəsilə 3-cü ölkəyə qaça bilib. ANS PRESS-in məlumatına görə, bu barədə "Channel A" kanalı xəbər yayıb.
Telekanal iddia edir ki, general Moskvaya gələn vaxt üçüncü bir ölkədən siyasi sığınacaq istəyib. Kanalın məlumatına görə, Pak Sın Von Rusiyada Şimali Koreya səfirliyində işləyib. Bundan əlavə təsdiq olunmayan məlumata əsasən, onun qızı da Moskva universitetində təhsil alırmış.
Şimali Koreyalı generalı ölkədən qaçmaq barədə qərarını onun da iştrak etdiyi dağ xizək bazasının tikintisində çalışan rəhbər şəxslərdən birinin güllələnməsindən sonra verib.
Onun məhz hansı ölkəyə getdiyi barədə isə heç bir ehtimal irəli sürülməyib. KXDR hakimiyyəti özü generalın itməsi barədə rəsmi xəbər verməyiblər.
Bundan əvvəl bir çox KİV Şimali Koreya müdafiə naziri Xen En Çxolun edamı barədə xəbər yaymışdı. Sonra nazir kanallarda görünsə də, çox keçməmiş Çxolun güllələnməsini əks etdirən video internetdə yayılmağa başlayıb. Yalnız bu videodan sonra Şimali Koreya qüvvələri rəsmi olaraq digər ölkələrdə olan diplomatik nümayəndəliklərini nazirin ölümü barədə xəbərdar edib.
Güllələn müdafiə naziri Xen En Çxol.
Cənubi Koreya kəşfiyyatı xəbər vermişdi ki, müdafiə nazirini zenit topu vasitəsilə edam ediblər.
Onun ölüm səbəbləri dəqiqi bilinməsə də, nazirin prezidentin iclasında mürgüləməsinin buna yola aça biləcəyi istisna edilmir.
Bir neçə gün öncə isə Kim Çen In hava limanının inşaasında iştirak edən baş memarı öldürüb. Buna səbəb isə onun hava limanının korpuslarından birini bəyənməməsi olmuşdu.