|
KXCP Qubadlı rayon şöbəsinin sədri Elşən Həşimov Qubadlı və Zəngilan rayonlarında fəaliyyət göstərən müxalifət təşkilatlarına bu il keçiriləcək parlament seçkilərində vahid namizədlə mübarizə aparmaq çağrışı ilə müraciət edib.
Teleqraf.az həmin müraciəti təqdim edir:
Əziz dostlar!
Sizləri qarşıdan gələn parlament seçkilərində 124 sayl Zəngilan-Qubadl seçki dairəsindən vahid namizəd və birgə mübarizə ilə qarşdan gələn parlament seçkilərində iştiraka dəvət edirik.
Biz inanırıq ki, birgə mübarizə ilə 125 saylı seçki dairəsində YAP-ın saxtakarlığının qarşısını alıb, dairə ərazisində fəaliyyət göstərən müxalif siyasi təşkilatların vahid namizədinin qələbəsinə nail ola bilərik.
Dəyərli dostlar!
Əgər bizlər YAP-ın seçki saxtakarlıqlarının qarşısını alıb ailə hakimiyyətinə dur demək istəyiriksə səmimi birgə mübarizəyə məhkumuq. Sizlərdən təvəqqəm budur ki,real düşünüb real qərar verəsiniz!