Son zamanlar dünyada və ölkəmizdə mason sözünə tez-tez rast gəlinir. Onların əlinin bir çox mühüm siyasi, iqtisadi proseslərdə olduğu iddia edilir.

Ölkəmizdə də bir neçə ildir ki, Azərbaycan Milli Böyük Lojası fəaliyyət göstərir. Masonlar haqqında məlumatlar bir o qədər geniş olmasa da, müəyyən zamanlar yerli və xarici mətbuat orqanlarında bu barədə az da olsa məlumat əldə etmək və lojanın fəaliyyətini izləmək olar.

Azərbaycan Milli Böyük Lojasının rəsmi internet səhifəsi hələlik yeganə tutarlı mənbələrdən biri hesab olunur.

Lojanın rəsmi saytında bildirilir ki, Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Washington D.C-də qəbul olunmuş "Azerbaijan Lodge No.2001" yaradılması ilə başlayıb.

2003-cü ildə Washington D.C. Böyük Lojası Türkiyənin "Nur Lodge 2000" Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə götürülən "Xəzər Lojası No.1000" layihəsi yaradılıb.

Qeyd olunur ki, 5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin toplantısında Washington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyət arasında Parisdə toplantı oldu və Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.

Görüşün sonunda isə protokol imzalandı və növbəti həftə, yəni 9 dekabrda Bakıda ithaf üçün razılıq əldə edilib. 9 dekabrda Azərbaycan Milli Böyük Lojasının təşkilatı toplantısı çağırılıb və Washington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyət ilk Hörmətli Böyük Ustad elan olunub.

Qeyd edək ki, hal-hazırda Azərbaycanda aktiv şəkildə üç loja fəaliyyət göstərir: Azerbaijan Lodge No.1, Drugba Lodge No.3, Baku Lodge No.4. və Azərbaycan Milli Böyük Lojasının ümumillikdə 102 üzvü var.

Bəs Azərbaycan Milli Böyük Lojasının başçısı kimdir?

Az öncə haqqında danışdığımız Robert Bağır Heyət bu gün də Lojaya başçılıq edir. O,1938-ci ildə Təbrizdə anadan olub və gənc yaşlarında İrandan ABŞ-a mühacirət edib.

Amerikada ticarət fəaliyyətinə başlayan Bağır Heyət ABŞ vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoyub. Bağır Heyət masonluq fəaliyyətinin ən aktiv mərhələsini Rumıniyada keçirib.

Mənbələrdən birində qeyd olunur ki, o, Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı Türk dilli Nur Lojası və Azəri Lojasının qurulmasında fəal iştirak edib.

19 dekabr 2006-cı ildən isə Bağır Heyət Vaşinqtondakı lojaların mərkəzi sayılan Kolumbiya Dairəsi Böyük Lojasıına başçılıq edən Hörmətli Böyük Ustad adını daşıyır.

2008-ci il tarixində isə Robert Bağır Heyət Azərbaycan Milli Böyük Lojasını təsis edərək Lojaya başçılıq edib. Robert Bağır Heyət ailəlidir. 2 qızı və 1 oğlu var.

Xatırladaq ki, 2014-cü ilin iyun ayının sonlarında Bakıda Masonların Ali Lojasının toplantısı keçirilmişdi. Toplantıda masonluğun vacib ritualı olan installiatsiya (quraşdırma) həyata keçirilmişdi.

Masonluqda bu, Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimidir. Yayda Azərbaycan mason lojasından yeni Ali Ustad Araz Kanzas bu mərasimdən keçmişdi.

Məhz “Şirvanşah” restoranında baş tutan həmin mərasimə gələn qonaqlar sırasında Azərbaycanda mason lojasının yaradılmasında böyük rolu olan Andrey Boqdanov, Azərbaycanda mason lojasının rəhbəri və bünövrəsini qoyan Bağır Heyət də yer almışdı.

Rəşid Mustafazadə
Ölkə.Az

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti