|
Bütöv Azərbaycan Ocaqları (BAO) Şəhidlər Xiyabanını ziyarət etdi. Ziyarət başa çatdıqdan sonra isə BAO GT-ın gəncləri Rusiya səfirliyin qarşısına qara qərənfil qoyaraq 20 Yanvar faciəsini xalqımıza yaşadan Rusiya dövlətinə öz etirazlarını bildirdilər.
Aksiya haqqında Teleqraf.az-a məlumat verən BAO GT-ın sədri Zəka Sahib bildirdi ki, “Biz Rusiyanin ölkəmizdəki səfirliyinin qarşısına qara qərənfil qoymaqla bildiririk ki, qanli yanvar hadisəsini rus əsgəri törədib. Xocali faciəsi, həmcinin torpaqlarimizin 20 % işğali rus əsgərinin böyük dəstəyi və iştiraki ilə həyata keçirilib. Biz tələb edirik ki, Rusiya işğalçi siyasətindən əl çəksin və Azərbaycana qarşı olan tarixi düşmənçiyinə son qoysun"
Zəka Sahib onu da bidirib ki, "Artıq Azərbaycan xalqı öz həqiqi düşməninin kim olduğunu bilir və hər bir Azərbaycan gəncinin qəlbində Rusiyaya qarşı bir nifrət hissi formalaşır. Rusiya dövlətimizə və millətimizə qarşı qərəzli düşmənçiliyinə son qoymasa türk xalqlarına, o cümlədən Azərbaycan və region dövlətlərinə yaratdığı problemlərin öz daxilində acı nəticələrini yaşayacaq. O gün uzada deyil."
Elşən Əlisoy