|
Azərbaycanlılar, qazaxlar və Krım tatarları Donbasda separatçılara qaşı döyüşmək üçün beynəlmiləl batalyon yaradıblar.
Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, könüllülər artıq bunun üçün Ukrayna Prezidenti Pyotr Poroşenkoya müraciət ediblər və anti-terror əməliyyatı aparılan zonaya göndərilmələri üçün razılıq istəyirlər.
Batalyonda nə qədər könüllünün olması ilə bağlı hələlik məlumat verilmir.
Bundan başqa, könüllülər Rusiya və digər ölkələrin vətəndaşlarını da onlara birləşməyə çağırırlar.