|
Hazırda ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyev Milli Şuranın keçirdiyi 17 sentyabr mitinqini özünün Feysbuk səhifəsində yazaraq tənqid edib.
Teleqraf.az Rəsul Quliyevin yazısını olduğu kimi təqdim edir:
“Mitinqə gələnlərin sayı verdiyim proqnozdan belə 3 dəfə az oldu. Buna dərindən təəssüf edirəm.İnsanlar yağışdan qorxub azad olmaqdan imtina etdilər və mitinqə getmədilər arqumenti faciəli səviyyədə gülüncdür.İnsanlar getməmək üçün sadəcə səbəb axtarırmış daha doğrudur.MŞ ölkədəki vəziyyəti analiz edə bilmir kompliment olardı,onlarda elementar məntiq çatışmır və ya yoxdur daha düzgün qiymətdir.2013-cü ildən,presidenti leqitimləşdirməklə başlanan siyasət,17-nə mitinq təyin etmək və təşkil edə bilməməklə diktatura referendumunuda leqitimləşdirir.MŞ adlanan (yeganə xalq cəbhəsi partiyası üzvü olan) süni qurum əgər bu millətə xeyir vermək istəyirsə heç olmazsa müvəqqəti siyasətlə məşğul olmamalıdır.”