|
40 ildir Türkiyə Silahlı Qüvvələrinin içində özünə yer edən Gülən camaatı ABŞ-ın planının bir parçası idi.
Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Kərəm Çalışqanın Türkiyə mətbuatında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, 1990-cı ildə Berlin divarının yıxılmasından sonra ABŞ-ın əsas hədəfi Böyük Orta Şərq layihəsidir:
“BOŞ-un əsas məqsədi soyuq savaşdan sonra Yaxın Şərqdə İsrailin təhlükəsizliyini zəmanət altına almaqdır. Buna görə də ABŞ-ın keçmiş Dövlət katibi Kondaliza Rays bu plan daxilində 22 ölkənin hakimiyyətinin və sərhədlərinin dəyişdirilməsinin nəzərdə tutulduğunu deyirdi. Yaxın Şərqdə Ərəb baharı da ona görə aktivləşdirildi. BOŞ-un hədəfi Türkiyənin parçalanması və Böyük Kürdüstanın yaradılmasıdır. İsrailin təhlükəsizliyi üçün bölgədəki ərəb, türk və İran dövlətləri parçalanmalıdır. Fərat və Dəclə su hövzələri arasındakı enerji qaynaqları İsrail+Kürdüstan, yəni Böyük İsrailin nəzarətinə verilməlidir. Böyük Kürdüstan planı 1990-cı illərdən bu yana aktivləşdirilib. FETÖ çevrilişi məhz bu layihənin parçası idi. Çevriliş olsaydı, Türkiyə daxili savaşa sürüklənəcək, Türkiyə ordusu və dövləti tam şəkildə parçalanacaqdı. Bununla da Kürdüstanın yaradılması istiqamətində böyük addım atılacaqdı. Yeni planlar yenə qurulacaq. B planına görə Ərdoğan liderliyindəki Türkiyə Qərbdən, Avropa Birliyindən, NATO-dan uzaqlaşdırılacaq. NATO-dan qopan Ankaraya Avropada tam qadağa qoyulacaq. Bunun qarşılığında Qərb daha demokratik kimi görünən PKK-nın yanına keçəcək. Buna görə də türk ordusunun şərəfi ayaqlar altına atıldı. Türk ordusu artıq sıfırdan yığılmağa başlandı. ABŞ-ın B planı işləməyə başladı. Ərdoğan çox çətin situasiyaya düşüb. Türkiyə parçalanma oyunlarından qurtulmaq üçün qərarını verməlidir”.