Rusiya və Türkiyə qarşıdurması yalnız Suriyada deyil, Qafqazda da davam edir.

Publika.az xəbər verir ki, bu barədə “Vaşington Tayms” nəşri yazıb.

Nəşr qeyd edir ki, son bir neçə ayda Rusiya Ermənistanın silahlandırılmasını gücləndirir:

“Moskva ilə İrəvan Hava hücumundan müdafiə sistemlərini birləşdirirlər. Bundan başqa, Rusiyanın Ermənistandakı hərbi bazalarına yeni hərbi-texnikalar yerləşdirildi. Əslində, hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqda razılaşma bir neçə ay ərzində hazırlanırdı. Amma təyyarələrin və hərbi vertolyotların göndərilməsi Türkiyəyə xəbərdarlıq idi, həmçinin, NATO-ya xüsusi mesaj verilirdi”.

Amerikalı analitikləri “Ermənistan aktiv şəkildə Rusiyanın müttəfiqi oldumu”, yaxud “Moskva bu ölkədən Türkiyəyə qarşı piyada kimi istifadə edəcək” sualları düşündürür.
Analitik Ariel Koen hesab edir ki, Türkiyə-Rusiya qarşıdurması artıq “ölümcül” vəziyyətə çatıb: “Ermənistan da bu qarşıdurmanın ön cəbhəsindəki dövlətdir”.

Nəşr qeyd edir ki, Rusiyanın yaxın dövrlərdə Cənubi Qafqazda münaqişələri alovlandıracağı, xüsusilə Dağlıq Qarabağda müharibə törədəcəyinə dair qorxular var.

Politoloq Castin Byork hesab edir ki, Rusiya Ermənistanı Türkiyəyə qarşı daha aktiv mübarizəyə sövq edir: “Əgər İrəvan Moskvaya mənfi reaksiya verəcəksə, onda ruslar Qarabağ kartından istifadə edərək, erməniləri cəzalandıra bilər. Hansı ki, bu Azərbaycanın qələbə çalması və ərazilərin qaytarılması deməkdir. Yaxın dövrdə bu proseslərin hansı istiqamətdə cərəyan edəcəyinin şahidi olacağıq”.
Onun fikrincə, Ermənistan artıq Rusiyanın piyadası deyil və İrəvanda ölkənin türk-rus qarşıdurmasında alət olmasına qarşı çıxanlar var.

Digərləri isə iddia edir ki, Ermənistan artıq Rusiyanın rəsmən əlaltısına çevrilir.ABŞ Dövlət Departamentinin sabiq rəsmisi Adam Erelinin o fikri müdafiə edir ki, Rusiya Ermənistanı tamamilə nəzarəti altına alıb və istənilən vaxt Kreml öz əlaltısını türklərə qarşı müharibəyə sövq edə bilər.

NATO-nun Belçikadakı qərargahındakı mənbə “Vaşinqton Tayms"a bildirib ki, əgər Rusiya təyyarələri Ermənistan-Türkiyə sərhədində uçuşlara başlayarsa, bu, açıq şəkildə Türkiyə və NATO-nun təhdid edilməsidir.
“Hələ ki, biz bunu görmürük. Hesab edirik ki, Ermənistan buna razı olmur. Bu baxımdan ümid edirik ki, ruslar Ermənistanda ağıllarına gələn hər şeyi edə bilməyəcək”, - deyə Alyansın adının açıqlanmasını istəməyən hərbçilərindən biri diqqətə çatdırıb.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti