Son zamanlar Azərbaycanda müstəqil QHT-lərin fəaliyyət göstərməsi get-gedə çətinləşir.Müəyyən QHT-lərin qeydiyyatı ləğv edilir,fəaliyyət gəstərənlərə qarşı isə bir çox maneələr yaradılır.Bütün bunlarla bağlı olaraq Demokratik Dəyərlərə Dəstək İctimai Birliyinin sədri Taryel Bayramovla vətəndaş cəmiyyətinin durumuyla bağlı söhbət apardıq.

 Taryel bəy, Azərbaycanda vətəndaş cəmiyyətinin durumunu necə analiz edirsiniz?

– Çox təəssüflə qeyd etmək lazımdır ki, ölkədə vətəndaş cəmiyyətinin durumu olduqca ağırdır. Yəni, faktiki olaraq hökumət vətəndaş cəmiyyətinə, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına siyasi rəqib kimi baxır. Həm yerli, həm də beynəlxalq ictimaiyyətə məlumdur ki, Azərbaycanda siyasi müxalifət sıradan çıxarılmış vəziyyətdədir. Buna görə də hökumət Vətəndaş Cəmiyyəti İnstitutlarının güclənməsindən qorxaraq onları zəiflətmək üçün öz rıçaqlarından istifadə etməyə qərar vermişdir. Buna görə də 2014-cü ildən başlayan vergi yoxlamaları, açılan cinayət işləri, həbslər və s. təşkilatları bir anda qeyri-müəyyən vəziyyətə saldı. Bundan sonar artıq QHT-lər sözün əsl mənasında müstəqil fəaliyyət göstərməkdə çətinlik çəkməyə başladılar. Bir qrup QHT-lər isə öz fəaliyyətlərini QHT-lərə Dövlət Dəstəyi Şurasının layihələri çərçivəsində reallaşdırmağa çalışırlar. Bu isə birmənalı qəbul edilmir. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitlə fəaliyyət göstərən hər hansı təşkilatın ictimai maraqları müdafiə edəcəyi şübhə doğurur.
Zəhmət olmasa deyin görək əsas çətinliyi nədə görürsünüz, çünki, hökumət tərəfi də iddia edir ki, QHT-lərin bir çoxu vergidən yayınırdı, siyasi dəstək alırdı və s.?
– Əslində bu iddialar atılan addımlara haqq qazandıran bəhanələrdir. Çünki, QHT-lər faktiki olaraq öz fəaliyyətləri barəsində vergi, maliyyə, statistika hesabatları verirlər. Digər tərəfdən də, əgər siyasi fəalyyətlə məşğul olan QHT varsa, o təşkilata görə digərlərini sıradan çıxarmaq nəyə lazımdır? Belə ki, sıxışdırma ayrı-ayrı şəxslərlə yekunlaşmamış, bütövlkdə QHT-lərin fəaliyyəti haqqında qanunvericilik dəyişdirilmişdir. Yəni hökumət öz iddiasında əslində özünü gücsüz göstərir. Hansısa “siyasi fəaliyyətin” qarşısını alaq məqsədilə dövlət lazımi şəxsləri cəzalandırmaq əvəzinə bütün vətəndaş cəmiyyətini sıradan çıxarır. Qanunların bu fomada olması QHT-lərin fəaliyyətini əslində tam məhdudlaşdırmış edir.
Vətəndaş cəmiyyətinin bir üzvü kimi sizin fəaliyyətiniz hansı səviyyədədir və nə kimi addımlar atmaq olar ki, vəziyyət dəyişilsin?
– Bizim Demokratik Dəyərlərə Dəstək İctimai Birliyinə iki dəfə Ədliyyə Nazirliyi imtina cavabı verib. Qeyd edim ki, bu qanunauyğun olmamaqla yanaşı, həm də, Azərbaycanda QHT-lər üçün çoxdankı problemdir. Biz təşkilatımızın qeydiyyatı üçün artıq məhkəməyə müraciət etmişik. Əslində hökumət iradə nümayiş etdirərək tez bir zamanda problem aradan qaldıra bilər. Digər tərəfdən vətəndaş cəmiyyəti öz mübarizəsindən çəkinməyərək müqavimət göstərməlidir.

Teleqraf.az

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti