|
Müharibənin əleyhinəyəm. Sülh tərəfdarıyam. Hazırda bölgədə baş verənlər kürdlərin deyil, digər qrupların xeyrinədir. Qeyri-sabit vəziyyət həm kürdlərə, həm də türklərə zərər verir.
Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri PKK lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan deyib.
O bildirib ki, super güclər Türkiyəni zəiflətmək istəyirlər:
“Bunu kürdlərin etdiyi müharibə olaraq görmürəm. Əgər bir problem varsa, dialoqla həll edilməlidir. Kürd və türk arasında baş verən konflikt hər ikisini zəiflədir. Bu münaqişə xarici qüvvələr tərəfindən idarə olunur. Türkiyəni Suriyaya çevriməyə çalışırlar. PKK-nın etdikləri göz qabağındadır”.