|
Ölkə ərazisində olan məscidlərə kameralar quraşdırılacaq və təhlükəsizik tədbirləri gücləndiriləcək.
Teleqraf.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, məscidə gələnlər yalnız namaz qılmağa gələ bilərlər. Kimsə moizə oxuya bilməz. Buna qanun icazə vermir: "Məscidlərin minbərləri və mikrafonlar heç kimə həvalə edilməməlidir. Əgər hansısa qrup və ya şəxslər məscidlərə gəlib, zor tətbiq etmək istəsələr, axundlar hüquq mühafizə orqanlarına məlumat versinlər".