Meydan TV-nin rəhbəri Emin Millinin Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyi aşağılamasına ictimai qınaq günü-gündən artıq.İstər sadə insanlar,istərsə də ictimai sima olan insanlar E.Miliyə öz etirazlarını bildirirlər.
Emin Milliyə bu dəfə Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) Sədr müavini Xəzər Teyyublu öz kəskin etirazını bildirib.
Teleqraf.az ,X.Teyyublunun öz şəxsi "Facebook"hesabından həm Emin Milliyə,həmdə ümumiyyətlə son zamanlar Meydan Tv-nin Əbülfəz Elçibəyə qarşı apardığı çirkin kampaniyaya etiraz olaraq yaydığı müraciəti olduğu kimi oxucularına təqdim edir:
Son günlər xaricdən yayımlanan Meydan tv-də Azərbaycanın dövlət müstəqilliyini bərpa edib , o dövrün siyasi şəraitini nəzərə alaraq Sovet qoşunlarını ölkədən cıxaran və tez bir zamanda ölkəmizi demokratik dünyanın tərkib hissəsinə cevirəcək siyasi istiqamətin müəyyənləşməsini təmin edən və Respublikanın ilk demokratik seçkisinin qalibi, nəhəng Xalq Cəbhəsinin(AXC) qurucusu Əbülfəz Bəy Elçibəyi təhqir edilən verilişlər verilir.Cox təəssüf.Meydan tv-nin rəhbəri tanınan fəal,vaxtılə siyasi fikirlərinə görə 1il həbsdə olan və müdafiə etdiyimiz Emin Milli adlanan vətəndaşımızdır.Bu gün bir az etirafedicidir ki,rayonlarda bu tv-yə baxırlar.bu o demək deyilki tv-nin verilişləri qaneedicidir və tamaşaçı auditoriyasının düşündüyünü deyə bilir, xeyr elə deyil E.Milli!Sadəcə bu gün ölkədə siyasi durgunluq alternativ informasiya ötürücüsü yoxdur.və hesab etməyin ki belə vəziyyətdə siz burda daha cox qəbul edilə bilərsiniz.(əksi olacaq) Hər bir millətin həm siyasi həm mədəni və yaxud elmində böyük nailiyyətlərə imza atmış şəxslərinə toxunmaq olmaz.Yaşadıgınız Avropada belə insanlara milli sərvət kimi yanaşılır və saygılanır.Əli bəy Hüseynzadə ,Əhmad Agaoglu , M.Rəsulzadə , Ü.Hacıbəyli, Elçibəy, Lütfüzadə və bir cox şəxsiyyətlərimizi oxumaq öyrənmək hətta araşdırmaq olar, amma təhqir etmək və yaxud şərait yaratmaq vicdansızlıq və yaramazlıqdır. Bir gün gələr ölkəmizdə siyasi şərait olar və inanıram ki,sizin kimi təsadüfi və qeyri-müəyyənlikdə ortalıga cıxan ,,millilərə ,, AXC nin üzvlərinin gördüyü və bundan sonra görəcəyi siyasi və dövlətçi mübarizə tarixindən və demokratiyadan dərs alacagınız gün yetişər. Və burda oldugum cevrələrdə hər yerdə sənin antimilli tv-nin yayımının əleyhinə mövqeyim olacaq.dövlətçilikdən uzaq olanlar mədəsinin ac olmamasını , onu yedizdirməyinin yolunun başqa üsulunu tapsalar daha məqsədəuygundur.