|
"Ağ Blokda Azərbaycanda istənilən siyasi partiyanı idarə etmək qabiliyəti olan kifayət qədər gənclər var"
Müsavat Partiyası başqanlığına keçmiş namizəd Tural Abbaslının komandasının və bir qrup gəncin təşəbbüsü ilə “AĞ BLOK” adlı yeni bir birlik elan olunub. Yaxınlarda özünün təsis konfransını keçirməyi və yeni bir güc olaraq cəmiyyətə təqdim olunmağı planlaşdırılan blok əsasən parlament seçkilərində namizəd olacaq gənclərin birliyi kimi qəbul olunsa da, artıq diqqəti özünə cəlb etməyi bacarıb. Bir çox insanlar “AĞ BLOK”un 3-cü qüvvə olaraq meydana çıxacağı fikrini bildirir. Bununla bağlı "AĞ BLOK"un təsisçilərindən biri olan Zəka Sahib "Teleqraf.az"-a müsahibə verib.
- Ölkədə gənclərin təmsil olunduğu ag blok adlı yeni bir birlik yarandığı elan olunub. Siz də bu blokun təsisçilərindən birisiniz. Ölkədə kifayət qədər partiyalar, birliklər olduğu bir dövrdə yeni bir blok yaratmanız hansı zərurətdən yarandı?
- Partiyalarda funksionerlər əsasən yaşlı nəsilin nümayəndələridir. Bu insanların keçmişdə olan əməklərini unutmaq olmaz. Lakin illərin təcrübəsi göstərdiki, onların bir-birləri ilə apardıqları şəxsi intiriqalar, yeni fikir sahiblərinə qarşı qısqanc yanaşmalar bu günə qədər xalq olaraq heçnə əldə edə bilməməyimizin əsas səbəblərindən biri olub. Ölkədə demomratik dəyişilik etmək üçün gənclər özləri proseslərə qoşulmalı, eyni zamanda da bu prosesin aparcısı və qərar vericisi gənclər olamlıdır. 2003-cü il və 2005-ci illər müxalifətin uğursuz taktikası üzündən ölkədə demokratik hərəkat sürətli şəkildə zəiflədi. Artıq hesab edirik ki, xalqın öldürülmüş inamını özünə aytarmağı bacara biləcək yegənə qüvvə gənclikdi. Biz "AĞ BLOK"da gəncləri bir araya yığmağı qərar vermişik. Hesab edirəm ki, bu işimiz çox uğurla davam edəcək.
- Blok elan olunduqdan sonra ona qarşı hakimiyyətdən qabaq müxalifət düşərgəsindən təpkilər gəlməyə başlayıb. Sosial şəbəkələrdə bloka qarşı kompaniyalara start verilib.
- Müxalifət daxili avtoratirizm iqtidar qədər də olmasa amma xeyli var. Onlar illərdi yol gəldikləri insanlara olmazın çamurunu atırlar, ona görə də "AĞ BLOK"a qarşı hücumları normaldı. Çünki biz illərin uğursuzluqlarının səbəbkarlarından biri də, bu gün özlərini müxalifət adlandırıb, ancaq cəmiyyəti bölərək bir-birinə qarşı qoyan qüvvələr olduğunu deyirik. O üzdən bizə qarşı hücumlar davamlı olacaq. Biz onlardan fərqli olaraq şəxsi intiriqları kənara qoyub, Azərbaycanda demokratik dəyərlərin bərqərar olunması uğrunda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Bizim hədəfimiz ölkədə demokratik dəyişikliklərə nail olmaqdır.
- Ağ Blok əsasən parlament seçkilərində iştirak edən gənclərin birliyi kimi tanınır. Qarşınızda olacaq ənənəvi namizədlərdən öndə olmağa gücünüz yetəcək?
- Ənənəvilərdən öndə olmaq üçün güc lazım deyil, güclülülərdən öndə olmağı qərar vermişik.
- Siz özünüz hansı dairədən namizəd olmağı qərərlaşdırmısınız?
- Mən 87 saylı Ağsu-İsmayıllı seçki dariəsindən namizədliyimi irəli sürəcəyəm.
- Bu gün xalqın iqtidara da müxalifətə də inamının itməsi göz önündədir. Ölkədə xalqın itmiş inamını özünə qaytara biləcək 3-cü qüvvəyə ehtiyac var. "AG BLOK" xalqın ümidlərini doğrultmağı bacaran ciddi bir qüvvə ola biləcəkmi?
- "AĞ BLOK" qısa vaxtda yaranmasına baxmayaraq artıq sıraları genişlənir. Fikrimcə "AĞ BLOK" bu ölkədə 3-cü qüvvə olmağı bacaracaq. Xalqın inamını özünə qaytarmaq zaman tələb edir, bu qısa zaman ərzində həll olan məsələ olmasa da inanıram ki, ömürlərini təmənnasız şəkildə demokratiya və insan hüquqları uğrunda mübarizəyə həsr edən, davaları uğrunda dəfələrlə həbsxanalara düşən, təqib olunan, paralara aldanıb yolundan çəkilməyən, meydanların simvoluna çevrilən Azərbaycan gəncliyi xalqın inamını özünə qaytarıb insanlarımızı qələbəyə doğru aparmağı bacaracaq.
-Bloka Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslının komandası kimi də baxanlar var. "AG BLOK"un gələcəkdə Tural Abbaslının partiyasına çevrilmək ehtimalı var?
-Blokun hələki partiyaya çevrilməsi çox tezdir, əgər gələcəkdə partiyaya çevrilərsə bu konkret şəxsin yox, Azərbaycan xalqının partiyası olacaq. Tural bəy çox savadlı və intelektual bir insandır və "AG BLOK"da Azərbaycanda istənilən siyasi partiyanı idarə etmək qabiliyyəti olan kifayət qədər gənclər var.
-Parlament seçkiləri dövründə "AĞ BLOK"un Azərbaycanda oan müxalifət partiyaları ilə dairələrdə vahid namizədlərin müəyyənləşməsi ilə bağlı əməkdaşlığı mükündür?
-Bununla bağlı qərarlar yaqin ki, blokun konfransından sonra veriləcək. Avqust ayında Blokun konfransını etmək fikrimiz var. Bununla bağlı işlərimiz davam edir. Konfransdan sonra blokun ümumi prinsipləri haqqında qərarlarımız olacaq. Bu gün isə bu suala fərdi cavabımı vermək istəmirəm.
Elşən Əlisoy