|
«Azərbaycana təhdidlərin olduğu göz önündədir, kimsə bunu pərdələməyə çalışsa da, bunun Rusiya tərəfindən edildiyinin fərqindəyəm»
“Niyə hökumət üzvləri heç demədi ki, yanğını kim törədib? Niyə bu Nikolay Patruşevin səfərindən, prezidentin ”Riqaya gedəcəm" deməsindən sonra baş verdi, niyə yanğından sonra prezident səfərdən imtina etdi? Niyə prezident 27 may tarixindəki çıxışında xaricdən terrorla bağlı ifadələr işlətdi?" Bu ritorik suallar Ümid Partiyasının sədri, deputat Iqbal Ağazadəyə məxsusdur.
O, “Qafqazinfo”ya müsahibəsində 15 nəfərin ölümü ilə nəticələnən yanğından danışarkən hadisənin təsadüf kimi qiymətləndirməyib. “Azərbaycana təhdidlərin olduğu göz önündədir, kimsə bunu pərdələməyə çalışsa da, bunun Rusiya tərəfindən edildiyinin fərqindəyəm. Azərbaycan Rusiyanın basqısı altındadır. Qərb dünyası isə Rusiyanın basqılarını durduracaq gücdə deyil. Biz Avropaya inteqrasiyasını seçmişik. Amma Qərb də düşünməlidir ki, bu zaman Rusiyanın basqısından həmin ölkələri necə qoruyacaq? Bu mexanizm zəifdir. Çıxışa gəlincə isə, o çıxış ölkədəki vəziyyətlə bağlı deyil, bina üzlüklərinin dəyişdirilməsi ilə əlaqədar idi. Üzlüklər də hər yerdə dəyişdirilir, yeni odadavamlı üzlüklər vurulub. Ancaq 27 may Respublika günü münasibətilə təşkil olunan tədbirdə prezidentin ictimai nəzarətlə bağlı çıxışı oldu”,-deyə Iqbal Ağazadə bildirib.