|
“2003-cü ildə ortada bir müxalif siyasi lider var idi və cəmiyyət onu qəbul edirdi”.
Teleqraf.az-ın xəbərinə görə, bunu Hafta.az-a açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli qarşıdan gələn parlament seçkilərində müxalifət partiyalarının seçki şanslarını dəyərləndirərkən deyib. Demokratiya və Rifah hərəkatı idarə heyəti üzvünün sözlərinə görə, xalqın seçkidə inanacağı siyasi lider yoxdur:
“2003-cü ildə ortada bir müxalif siyasi lider var idi və cəmiyyət onu qəbul edirdi. İndi isə artıq xalq da görür ki, seçkiqabağı müxalif qüvvələr birləşir, blok yaradır, seçkidən sonra bir-birilərinə qarşı düşmənə çevrilir. Müxalif qüvvələrin birmənalı birləşməsinə cəmiyyət inanmır. Çünki müxalifət liderləri öz nüfuzlarını cəmiyyətdə aşağı salıblar”.