|
Müsavat Partiyasının Başqanı Arif Hacılı Azərbaycan manatının ABŞ dollarına nisbətən ucuzlaşmasına özünün “Facebook” səhifəsində yazaraq münasibət bildirib.
Teleqraf.az həmin yazını təqdim edir:
Hakimiyyət məsuliyyətsiz davranışlarına görə xalq qarşısında cavab verməlidir!
İlham Əliyev demişdi ki, neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri olmayacaq.Bunu Azərbaycan cəmiyyəti hiss etməyəcək.
Hələ o zaman bu iddianı peşəkarlıqdan uzaq,iqtisadi qanunauyğunluqları inkar edən populist mövqe kimi qiyymətləndirdik.Həm neftin qiymətinin dünya bazarında dəyişməsi, həm də Rusiyada baş verən iqtisadi təbəddülatlar Azərbaycana təsirsiz ötüşə bilməzdi.
Amma ən pessimist proqnozlardan da irəli gedən hadisə baş verdi.Manat bir gündə dollara nisbətdə 30% ucuzlaşdı.Bu ölkədə ciddi iqtisadi sarsıntı yaradacaq bir hadisədir.
Bunu əvvəlcədən proqnozlaşdırmayan,populist bəyanatlar vermək əvəzinə baş verə biləcək iqtisadi böhranın humanitar faciə ilə nəticələnməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyən hakimiyyət məsuliyyətsiz davranışlarına görə xalq qarşısında cavab verməlidir!