Son dövrlər həbsxanalarda günahsız olaraq həbs edilən məhbuslara qarşı təzyiqlərin güclənməsi gündəmin ən çox müzakirə edilən mövzularındandır.

Siyasi və vicdan məhkumlarına, o cümlədən 2011-ci ildə qondarma ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədova yönələn son təzyiqlər bütün cəmiyyət üzvlərinin, islamçıların, ölkə ruhanilərinin, ziyalıların kəskin narazılığına səbəb olub

İslaminsesi.org saytının əməkdaşı KXCP sədri Mirmahmud Mirəli oğlunun bu məsələ ilə bağlı mövqeyini  öyrənib:

-Bu, sadəcə olaraq, Azərbaycan hakimiyyətinə böyük utanc gətirən bir haldır. İnsanı azadlıqdan məhrum etmək özü artıq böyük cəzadır. Həbsdə olan adama qarşı əlavə cəza və zorakılıq tətbiq etmək,təzyiqləri artırmaq artıq onların kimlik göstəricisi sayılır. Hakimiyyətin öz vətəndaşına qarşı münasibəti ortadadır.

Vətəndaşın hüquqlarını qorumaq,  vicdan azadlığını təmin etmək, vətəndaşın azad yaşamasını təmin etmək əvəzinə həbs olunmuş məhkumlara təzyiqlər artırılır. Bu da iqtidarın fəaliyyətinin tərkib hissəsidir. Mənəviyyat göz önündədir, bütün bunlar isə detallardır. Günahsız insanlara saxta ittihamlarla  5 il, 10 il, 12 il həbs cəzası verməklə yanaşı, həm də onları karsa salmaq, məhbuslara qarşı digər tədbirlər görmək Azərbaycan iqtidarının mahiyyətindən irəli gələn məsələdir.

Onlar özlərini tolerant adlandırmaqla, burada bütün dinlərdən olan inanc sahiblərinə qarşılıqlı və bərabər şəkildə şərait yaradıldığını deməklə, bu problem aradan qalxmır. Görünən odur ki, Azərbaycan hakimiyyəti İslam dininə qarşı bir cəbhə açıb və bu mübarizə bütün kəskinliyi ilə davam etməkdədir. Hicablı şagirdlərin təhsildən uzaqlaşdırılması, məscidlərin bağlanması, nəhayət, Hacı Mövsüm kimi inanclı, dəyanətli insanların həbs olunması bu mübarizənin getdikcə daha kəskin şəkil almasından xəbər verir.

Hakimiyyət tərəfindən inanclılara qarşı davamlı olaraq bu cür addımlar atılır. Əslində isə həbs olunmuş adama qarşı yeni cəzalar  tətbiq etmək, həbsxana şəraitini yaxşılaşdırmaq əvəzinə, içəridə də bu qanunsuzluqları davam etmək məntiqə və insanlığa sığmayan bir işdir. Partiya sədri, bir vətəndas olaraq bunu qətiyyətlə pisləyirəm.

 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti