|
“Dedilər, ərizəni geri götürməsən, qardaşın oğlunu üzünə qoyacağıq”
Xəbər verdiyimiz kimi, Şirvan Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə hədə-qorxu gəlməkdə ittiham olunan qardaşı oğlu Mübariz Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, Mübariz Abdullayev 2003-cü ilin noyabr ayında əmisi Mahir Abdullayevin itkin düşməsi barədə xəbəri eşidib. O, Elşad Abdullayevdən külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmək qərarına gəlib. Məhkəmə M.Abdullayevə 10 il həbs cəzası verib.
“2003-cü ildə 3 gün saxlayıb buraxdılar, 10 il sonra yenidən həbs etdilər”
Bu olayla bağlı E.Abdullayev “Yeni Müsavat”a öz münasibətini ifadə edən müraciət yollayıb. ABU-nun sabiq rektoru yazıb ki, məhkəmə barədə yazılanlar və ümumən məhkəmədə baş verənlər həqiqəti əks etdirmir. E.Abdullayevin sözlərinə görə, onu hədələyən qardaşı oğlu Mübariz Abdullayev deyil, Kürdəmir rayon polis rəisi Polad Şıxəliyev və onun müavini Qabil Rzayev olub: “Qardaşım oğlu, Qarabağ müharibəsi iştirakçısı Mübariz Abdullayevə qarşı saxta məhkəmə prosesinin təhlili göstərir ki, prokurorluq və məhkəmə orqanları Azərbaycanda adam oğurluğu ilə məşğul olan qrup dövlət səviyyəsində acıq-aşkar leqal və əlbir fəaliyyət göstərir. Mübariz Abdullayevin həbsi bir daha təsdiq edir ki, bu, siyasi sifarişdir. Cinayətin bağlı qalmasında maraqlı olan güc strukturlarının əməkdaşları hadisə baş verdiyi ilk gündən məcburi şəkildə zərərçəkən qismində tanınmış tərəfin kifayət qədər əsaslandırılmış ifadəsinə əhəmiyyət verməyiblər və istintaq-əməliyyat tədbirlərini bilə-bilə yanlış istiqamətə aparıblar”.
E.Abdullayev yazıb ki, ədalətsiz hökmlə bağlı M.Abdullayevin vəkili Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Elə həmin apelyasiya məhkəməsinin hazırlıq iclasından da vəkil növbəti dəfə daha yuxarı instansiya sayılan Ali Məhkəməyə şikayət edib. Onun bildirdiyinə görə, hal- hazıra kimi Apelyasiya Məhkəməsi baş tutmayıb. Buna səbəb isə Ali Məhkəmənin şikayət ərizəsinə baxmaq üçün 29 yanvar 2015-cü il tarixi seçməsidir: “Mübariz Abdullayevin hələ 2003-cü ildə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni olaraq həbs olunması, daha sonra 3 gün onu polis şöbəsinin yeməkxanasında, növbətçi hissəsində saxladıqdan sonra azad edilməsi, 10 il sonra, yəni 2013-cü ildə yenidən həmin polis şöbəsinin vasitəsilə Baş Prokurorluğun nəzdində 13 oktyabr 2003-cü il tarixdə artıq bizə məlum şəkildə oğurlanmış Mahir Abdullayevin aqibətinə aydınlıq gətirilməsi məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən yaradılmış Müstəqil İstintaq Komissiyasının rəhbərliyi tərəfindən çağırılıb baş verməmiş cinayəti boynuna almasının tələb edilməsi ancaq qardaşım Mahir Abdullayevin oğurlanmasında iştirak etmiş cinayətkarların ifşa olunmasını tələb etdiyim üçün mənə təzyiq göstərməkdən başqa bir şey deyil”.
“Ona deyiblər, ya Elşad Abdullayevdən pul istədiyini seç, ya da...”
E.Abdullayev yazıb ki, ən maraqlısı 2013-cü ilin dekabr ayında baş verib. Belə ki, M.Abdullayev bəzilərindən fərqli olaraq danışmağa qərar verib: “Mübariz hələ 2003-cü ildə ya ailəsi ilə birlikdə narkotik saxlamaqla suçlanaraq həbs olunacaqlarını, ya da ki, polis əməkdaşlarının ona təklifini, yəni əmisi Elşad Abdullayevə guya zəng etdiyini, ondan hədə-qorxu gələrək külli miqdarda pul tələb etməsini seçməli imiş. O, son nəticədə polislərin təklifini, konkret olaraq rəis müavini Qabil Tağıyevin təklifini seçib, azadlıqda qalmasına üstünlük veribmiş. Qeyd etmək lazımdır ki, Mübariz bu seçimi öz xoşu ilə etməyib. O, istər 2003-cü ildə polis şöbəsində, istərsə də 2013-cü ildə Müstəqil İstintaq Komissiyasının rəhbəri Elmar Camalovun xidməti otağında vəhşicəsinə döyüldükdən və faşistsayağı işgəncələrə məruz qaldıqdan sonra məcburiyyət qarşısında günahını ”səmimi etiraf etmişdir". Hətta dişlərinin hamısının qırıldığını, sonradan isə yeni dişlər qoydurduğunu bildirmişdir. Mübarizin özünün istəyi ilə ailəsi vasitəsilə respublikada bir sıra hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara bu yöndəki, məlumatları ötürmüşdür. Müraciətlərin əsas motivi yuxarıda qeyd etdiyimiz kimi, ondan ibarətdir ki, onlara qarşı təzyiq edilib və incidiliblər. Mən bir daha elan edirəm ki, Abdullayev Mübariz Əslan oğlunun barəsində qaldırılmış qondarma cinayət işində zərərçəkmiş kimi tanınmam mənim istəyimə qarşı olub, mən buna qəti etirazımı bildirirəm və eyni zamanda Abdullayev Mübariz Əslan oğlundan heç vaxt şikayətçi olmadığımı bildirirəm".

E.Abdullayev yazıb ki, 37-ci il məhkəmələrində olduğu kimi, məqsəd zərərçəkmişin qohum-əqrəbasını bir-birinə qarşı qoymaq, ailənin normal fəaliyyətini və bütövlüyünü pozmaqdır. Onun yazdığına görə, bu, Azərbaycan Konstitusiyasının kobud surətdə pozulmasıdır: “Belə ki, 25 yanvar 2009-cu il tarixində mən rəsmi olaraq prezident İlham Əliyevə, baş prokuroru Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət olaraq bildirdim ki, Kürdəmir rayonun polis rəisi və onun müavini Qabil Tağıyev məni aldadaraq Kürdəmir rayonuna gətirdilər və məndən qardaşım Mahir Abdullayevin geri qaytarılması üçün 5 milyon dollar pul tələb etdilər. Prezidentin imzası ilə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsi polis əməkdaşları - Polad Şıxəliyev və Qabil Tağıyevə qarşı cinayət işi açdı. Nəticədə məndən tələb etdilər ki, ərizəni geri götürüm, əks təqdirdə, yaxın qohumuma, qardaşın oğlu Mübariz Abdullayevə cinayət işi açacağıq. Mübariz Abdullayevin qardaşı Təbriz Abdullayev Qarabağ müharibəsi şəhididir, atası rəhmətə gedib, bütün ailəsini dolandıran yeganə şəxsdir. Hazırda mənim əleyhimə səmimi ifadə aldıqdan 10 il sonra həbs ediblər və əsassız olaraq 10 il azadlıqdan məhrum ediblər”.
E.Abdullayev yazıb ki, ondan M.Abdullayev pul istəməyib: “Məndən Mahiri geri qaytarmaq üçün 5 milyon pulu Kürdəmirin polis rəisi Polad Şıxəliyev və onun müavini Qabil Tağıyev istəyib. Qardaşım oğlunun əleyhinə açılmış cinayət işi də saxtadır . 37-ci ildə olduğu kimi Azərbaycan Konstitusiyasına zidd olaraq qardaşım oğlunu üzümə qoyub, iş verdilər. Ailə üzvlərimə qarşı təzyiqlər davam edir. Halbuki əsas qanunumuza görə, qohumun qohuma qarşı qoyulması konstitusiyaya ziddir. Qardaşım oğlu Mübariz Abdullayev hazırda saxlandığı 3 saylı cəzaçəkmə müəssisəsindən oğlu vasitəsilə KİV-lərə bildirib ki, onunla bağlı istintaqın qərəzli aparılıb, istintaq zamanı döyülərək dişləri sındırılıb və zorla əmisi Elşad Abdullayevin əleyhinə ifadə alınıb".
E.Abdullayev yazır ki, Mübariz Abdullayevin oğlu deyib ki, atası hazırda cəzaçəkmə müəssisəsində qorxu içərisində yaşayır. O bildirib ki, hər an atasının həyatına təhlükə var. “Atam bizim vasitəmizlə ölkə rəhbərlərinə müraciət edir ki, onunla bağlı aparılan istintaq tam yanlışdır. O, həqiqətən də heç zaman mənimlə - Elşad Abdullayevlə telefonla danışmayıb. 2003-cü ildə onun mobil telefonu olmayıb. Cinayət işində maddi sübut kimi göstərilən mobil telefon (050 3843308) o zaman Kürdəmir Rayon Polis Şöbəsinin rəis müavini işləmiş Qalib Tağıyevindir. Belə ki, 2003-cü ildə Ziya Səmədov (hazırda həbsdədir) adlı polis işçisi atam Mübariz Abdullayevi heyvan üçün ot almaq adı ilə çayxanaya dəvət edib, mobil telefonu stolun üstünə qoyub və bu zaman iki polis əməkdaşı atamı saxlayıb, telefonun ona məxsus olduğunu bildirib. Bu əsasla da atama qarşı cinayət işi başlanıb” deyə, o qeyd edib. Tehran Abdullayev atasının barəsində cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını, onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsini ölkə rəhbərliyindən xahiş edir".