Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu bu gün tərəfdarları ilə görüş keçirib. 
Görüş zamanı partiyanın tanınmış funksioneri Vurğun Əyyubun səsləndiriyi fikirlərə Arif Hacılının qardaşı, partiyanın Məclis üzvü Mustafa Hacıbəyli sərt reaksiya verib. 

Qeyd edək ki, Vurğun Əyyub çıxışında Arif Hacılının qardaşı Vaqif Hacıbəylini də Müsavatın işlərinə qarışmaqda günahlandırıb: "“Əhrar” Partiyasının sədri Müsavatda “nadzor” olmaq niyyətindədir". 
Mustafa Hacıbəyli Aktual.az-a açıqlamasında deyib ki, Müsavatda  olan bəzi adamların qardaşları Yeni Azərbaycan Partiyasının xidmətçiləridir: "Qaldı Vaqif bəyə, o, proseslərə ümumiyyətlə, müdaxilə etməyib. Amma seçki bitdikdən sonra da bəzi adamlar Arif Hacılıya o qədər qəzəblidirlər ki, ona olan qəzəblərini hətta partiyaya aidiyyatı olmayan yaxınlarından çıxmağa çalışırlar". 
O həmçinin deyib ki,ən çətin və həlledici məqamlarda Hacıbəyli qardaşları döyüşəndə Vurğun Əyyub ortada olmayıb: "Demokratiya uğrunda mübarizə gedəndə, biz yenə öndə olmuşuq. Bu mübarizə qəzet səhifələrinə keçəndə biz əlimizdə qələmimizlə vuruşuruq, bu mübarizə meydanlarda aparılanda biz mitinqlərdə öndə oluruq. Bu mübarizə hansısa partiyalarda seçkilər olanda biz yenə öndə oluruq. Vurğun Əyyub kimi insanlar isə həmişə kölgədədirlər. Biz müxalifət mübarizəsinin həmişə cəfasını görmüşük, Vurğun Əyyub isə səfasını görüb. Şəxsən mən 20 ildən çoxdur hərəkatdayam - nə milli hökumət dövründə vəzifə tutmuşam, nə də sonrakı dönəmdə Müsavatda. Vurğun Əyyub isə hər iki dönəmdə yüksək vəzifələrə sahib olub. Müsavatda həmişə ən geniş kabinetlərdən biri ona məxsus olub. Müsavatın həm də geniş maliyyə imkanları olduğu dövrdə Vurğun Əyyubun katibələri olub. 2006-cı ildən sonra Vurğun Əyyub o katibələr və kabinetdən məhrum olan kimi partiyadan uzaqlaşdı. O illərdən sonra Vurğun Əyyubun partiyada heç bir fəaliyyəti olmayıb. İndi qurultay ərəfəsində o, yenidən peyda olub".
Mustafa Hacıbəyli sonda Qubad İbadoğlunu Müsavata gətirdiyini də vurğulayıb:  "Mən onun partiyaya gətirilməsində rəsmi zəmanət vermişəm. Bu günə qədər Qubad İbadoğlu kimi çoxsaylı insanların Müsavata gətirilməsində həlledici rol oynamışam". 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti