|
ABŞ prezidenti Barak Obama bu gün televiziya vasitəsi ilə ABŞ xalqına müraciət edərək bəyan edib ki, Suriyaya aviazərbələr endirilməsi əmrini şəxsən o, özü verib, - "RT".
"Suriyaya aviazərbələr mənim əmrimlə endirilirb", - deyə Obama bildirib.
Xatırladaq ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinin İŞİD terror qrupalşmasının Suriyada yerləşən mövqelərinə endirdiyi raket zərbələri nəticəsində ən azı 8 nəfər mülki vətəndaş həlak olub. Həlak olanların 3-ü uşaqdır.
ABŞ bir neçə ərəb ölkələrinin dəstəyi ilə İŞİD terror qruplaşmasının mövqelərinə aviazərbələr endiriblər. Sözügedən anti-terror əməliyyatında Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistan və BƏƏ də iştirak ediblər. Keçirilən əməliyyat nəticəsində Suriyada 8 hədəf vurulub.