|
Türkiyədə üç il ABŞ səfiri olaraq vəzifə yerinə yetirən Fransis Riçardion müdhiş bir iddia ortaya atıb.
Teleqraf.az xəbər verir ki, Riçardion Türkiyə hökumətinin ABŞ-ın İŞİD planına qoşulmamaq barədə qərarına münasibət bildirib. Sabiq Ankara səfiri Türkiyə rəhbərliyinin sözügedən təşkilatlarla birlikdə çalışdığını bildirib. ABŞ mətbuatı Riçardionin iddia etdiyi təşkilatların Əl-Nusra və Əhrar Əl-Şam olduğunu vurğulayıb.
Xatırladaq ki,keçmiş səfirTürkiyədə səfir olduğu zaman və səfirlik müddəti başa çatdıqdan sonra da Türkiyə əleyhinə çoxsaylı fikirlər səsləndirib.