|
“ABŞ hər zaman Varşava və İstanbuldan Rusiyaya qarşı istifadə edəcək”.
Teleqraf.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə əslən qazax olan rusiyalı ekspert Yermek Tayçibekov çıxış edib.
O, Türkiyə və Polşanın Rusiyanın əsas problemlərindən biri olduğunu bildirib:
“Ukrayna və Pribaltika Rusiyanın qərb sərhədlərində problem deyil. Bu, Polşadır. Eyni problem Qafqazla da mövcuddur. Burada əsas problem Çeçenistan, Dağıstan və Azərbaycan deyil. Əsas Türkiyənin bura uzanmış əlləridir. Ona görə Rusiyanın xarici geopolitoloji müdafiəsi ilə bağlı strateji doktrinasında bəndlərdən biri Türkiyəyə təsir edərək müstəqil Kürdüstan dövlətinin yaradılması olmalıdır. Burada bizə İsrail yaxşı kömək edə bilər. Ermənistanla sərhəd olan Kürdüstanın yaradılması Türkiyənin buradakı qalıqlarını, təsirini zəiflədəcək və İranın Qafqazda artan iştahasına qarşı balans yaradacaq”.