Zəka Sahib

Türkiyədə baş tutan islam Əməkdaşliq Təşkilatının konfransından sonra iran narahat olmaya bilməzdi. Konfransdan qısa müddət sonra Xamneyinin Ərdəbil üzrə nümayəndəsi olan Seyid Həsən Amili öz xain xislətini biruzə verdi. Təbrizin "Əngəci" məscidində danışan Amili Hz.Mehdi zuhur edəndə Suriya və İraqda Türklərə qarşı savaşacağını, Türkiyədə keçirilən son toplantınıda "pul" toplantısı adlandırıb. Eyni zamanda Amili Güney Azərbaycan milli fəallarını İsrail casusu adlandırmaqla, milli fəallarımıza böhtan atmağa çalışıb. Amilinin  bu açıqlamaları məndə təəcüb doğurmadı. Çünki bu adam islam dinindən çox fars rejiminə xidmət edən biri olmaqla bərabər, fars rejiminin ant-islam əməllərinə islam donu geyindirməyə çalışan biri olduğunu  hər kəs bilir. Amilinin hikkəsi hətta o yerə gəlib çatıb ki,  Hz. Mehdini xeyirə qarşı savaşan şəxs kimi təblig edir. İŞİD basqısı ilə yanaşı Suriyada İran-Rus-Əsəd birliyinin zülmünə dirəniş göstərən və əzilən müsalmanları canları bahasına müdafiə edən Türklər olduğu halda, Amilinin türkü düşmən görməsi onun əsl xislətini ortaya qoyur.

Nəzərə alaq ki, Amili həm də, terror təşkilatı "Hizbullah"ın əsas simalarından biridir. Rusiya siyasi hakimiyyəti işğalçı siyasətini Jirnoviskinin diliyə dediyi kimi, fars molla rejimi də, Amilidən bu məqsədlər üçün istifadə edir. Artiq bununla dəfələrlədi ki, Amili öz riyakar mövqeyini ortaya qoyur.  Güney Azərbaycan milli hərakatinın bu adamın cavabını verməsi düzgün və yerində atılmış addım olardı.

Son İstanbul toplantısına gəldikdə isə, İrandan başqa bütün dövlətlər səmimiyyətlə bir araya gəlməyə səy göstərirdi. İran isə bu toplantıda yürütdüyü anti-bəşəri siyasətə görə sanki ofsayda qalmışdı. Həm toplantının Türkiyədə keçirilməsi həm də, cumhurbaşqanı Ərdoğanın möhtəşəm çıxışı və islam dünyasına birlik çağırışı, Qarabağla bağlı prinsipal mövqeyi, onun ardinca baş nazir Davudoğlunun Qarabağ haqda, fələstin haqda ədalət çağrışı, islam ölkələrini bir mövqedən çıxış etməsi, görünür  İranın kefini pozub. Çünki ədalət anlayışı olan yerdə İran ola bilməz, İranın siyasi quruluşu buna tərs mütənasibdir.  cəhhənəmə gedən özünə yoldaş axtardığı kimi, iran da özü kimi islam pərdəsinə bürünmüş zalım rejim axtarir ki, mütəffiq olsun. İllərdir İranın özünü İslam dünyasının lideri kimi təbliğ etmək siyasəti də artıq fiaskoya uğrayır. Ədalət anlayışından baxsaq, İran rejiminin etdiyi haqsızlıqlar üzündən danışmağa üzü olmamalıdır. Özünü müsəlman sayan bu ağıldan sakat artıq qiyamətin əlaməti olan Hz. Mehdinin zuhurundan sonraki hadisələr barədə iftira danışır. Mən isə Amiliyə səslənirəm! Sən bir yox, bir neçə dəfə öləcəksən! Birincisi təmsil olunduğun fars molla rejimi tərəfindən qurulan edam hökümləri sənə də çatacaq. Əvvəl axır sən də dar ağacının qonağı olacaqsan. İkincisi  haqqında danışdığın Hz. Mehdi zühur etdiyi zaman sən bu gün olduğu kimi o zaman da, dəccalın yanında yer alacaqsan. Necə ki bu gün, yer almısan!  Özünü islam dövləti adlandıran İran, xaçpərəst ruslarla birləşərək Suriyada müsalmanların başına bomba yağdırır. Bütün bu cinayətlərinizə görə də, biləsiniz ki, Hz. Mehdinin düşmənləri elə sizin təmsil olunduğunuz İranın münafiq rejimi olacaq.

Xamneyini Putinlə qardaşcasına görüş keçirdiyi zaman Türkiyə Suriyada başına bomba töküb vətənindən didərgin saldığınız müsalmanlara qucaq açaraq təhlükəsiz yaşamlarını təmin edirdi. Eyni zamanda Türkiyə sizin münafiq rejiminizdən fərqli olaraq,  İslam dünyasının liderliyini qazanmış bir şərəfli dövlətdir.  Siz zalımın yanında oldugunuz zaman Türkiyə və onun cümhurbaşqanı zalımın önündə dayanaraq müsalman dünyasına sahib durmaq uğrunda mübarizə aparır. Şeytan Allahın qəzəbinə gəldiyi kimi, cənab Amili, sizin də İslam pərdəsinə bürüdüyünüz münafiq rejim mütləq Allahın qəzəbinə gələcək, bunu unutmayın ! 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti