Zəka Sahib

Dünyada adını İslam dövləti qoyub bu qədər riyakarlıq edən, adını islam cümhuriyyəti qoyub müsəlman qatilinə dəstək verən İrandan başqa ikinci bir ölkə yoxdu.

İran rəsmiləri son Qarabağ savaşında ortaya riyakar mövqe qoyaraq tərəfsiz olduqlarını bəyan etdilər. Halbu ki, bu yalançı “islamçı”lar bilməlidirlər ki,  kafirlə müsalmanın davasında özünü müsalman sayan kimsə bitərəf sayırsa, artıq bu onun əqidəsini və islama necə bağlılığını ortaya qoyur. Təbrizdə Güney Azərbaycan Türkləri Qarabağ üçün mitinqlər edərək, Qarabağ üçün savaşmağa hazır olduqlarını bəyan etdikdən sonra isə, İran rəsmiləri məcbur olub ərazi bütövlüyümüzü tanıdığını deyib, sülh danışıqlarının bərpa olunmasını istədiklərini və danışıqlar üçün vasitəçi olmağı bəyan etdilər. Əslində İranın istədiyi “sülh” və danışıqlar təklifi özü onların riyakarlığından xəbər verir.

Fars şovnizminin başında dayananlar çox gözəl anlayırlar ki, Azərbaycan özünün torpaqlarını döyüşlə azad etməyə qadirdi. Ona görə də İranın hay-həşirlə danışıqlar təkidi əslində özünə və ermənilərə daha çox lazımdır. Fars şovnizmi anlayır ki, savaş davam edərsə İranda baş verən milli hərəkatın qarşısını almaqda aciz qalacaqlar. Bütün bunlardan aydın hiss etmək olur ki, bu ölkənin rəsmiləri qanlarında olan TÜRK düşmənçiliyindən geri çəkilmək fikirləri yoxdur.

İranın nüfuzlu akademiklərindən olan Bəhram Əmir Əhmədyan isə biraz da qabağa gedərək, müsahibəsində qeyd edib ki, Qarabağ savaşında, "Ermənistanın qələbə çalması İranın marağına uğyundur." Güya akademik olan bu şovnist qafalı şəxs iddia edir ki, Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstək verməsi Qarabağ problemini dərinləşdir. Ədmədyanın bu müsahibəsini oxuduğda onun nə qədər ağıldan sakat biri olduğu bilinir. Bu mövqe  həm də, Xamneyinin nəzarətində olan bir hakimiyyətin müsalmanlığının hansı səviyyədə olduğunu ortaya qoyur. 

Özünü islam dövləti adlandıran İran bir daha göstərdi ki, İranın islama və insanlığa heç bir aidiyyəti yoxdur. Əhmədyanlar bilməlidirlər ki, Artıq istər quzeyli, istərsə də güneyli olan hər bir Azərbaycanlı özünün bölünmüş bir xalq olduğunu dərk edir və Bütöv Azərbaycan uğrunda mübarizə aparır. İran rejiminin isə ortaya qoyduğu bu riyakar mövqe əslində milli hərəkatımıza təkan verir. Bu münafiq mövqei görən hər bir azərbaycanlı əslində fars rejiminin iç üzünü daha aydın şəkildə dərk edir. Xalqların azadlıq iradəsini qırmağa köklənən hiylələrin ömrü heç də uzun olmur. Fars molla rejimi müqəddəs dinimizn adından istifadə edərək, milli hərəkatın qarşısını alması artıq mümkün deyil.

Dinimizin hökümlərindən biri olan və Cənabi Haqın buyurduğu,“Müsalman müsalmanlın qardaşıdır” əmrinə itaət etməyərək, müsalman torpaqlarını işğal edən kafir ermənilərə hər cür dəstək verən, onların güclənməsi üçün bütün imkanlarından istifadə edən,  bir dəbnə də olsun müsalman dövləti dostu olmayan, bunun əvəzində bütpərəst Çinlə və müsalman qatili Rusiya ilə qardaşlıq edən Fars rejimi anlamalıdır ki, artıq İranda yaşayan həqiqi imanlı insanlar bunların hansı əqidədə olduqlarını çox gözəl anlamağa başlayıblar. Bu gün artıq ETTELAT-ın həzrəti Hüseyinin azadarlıq günüdə, peyğəmbərimizin övladının şəhadətindən şou hazırlayan rütbəli “azadar”ları da, şouları işləmir.

Fars rejiminin ideoloji silahları artıq tükənib. Yaxın illərdə Təbrizin yumruğunun başlarının üstündə olduqlarını fars şovnizminə xidmət edələr görəcək və bu zərbənin təsirini əbədi olaraq yaddaşlarına həkk edəcəklər.

 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti