Elşən Əlisoy

Kəlbəcərin işğalı əzəmətli Murov dağını sanki kiçilti. Ağ saçlı Murov qüssədən beli bükülmüş bir qocaya bənzədi. Elin gözəl qızları üçün sinəsində ətirli çiçəklər bitirən Murovun sinəsini kol-kos bürüdü. Zirvələrdən elin igidlərini seyr edib əzəmətləşən Murov, vətənini yadlara verib qaçanları gördükdən sonra dumandan-kiskindən üzünə niqab taxdı. Utandı zirvələrdən Tanrıya hesab verməyə.

 Kəlbəcərin əsrliyi üzdü Murovu. Kəlbəcərlilərdən daha çox üzüldü əzəmətli Murov dağı... Bunula belə qıymadı, kükrəmədi, yol verdi qarlı aşırımlarında qaçan övladlarına. Bəlkə də qayıdaclqarına inandı. İnandı! İnandı ki, qayıdacaq igid övladları, dönük çıxa bilməzlər. İgid əsgərlərinin oxuduqları əzəmətli marşları çox özlədi!!! 23 il başını dik tutmadı... Bəlkə də, özünü günahkar bildi Murov. Gərək yol verməyəydim deyə çox qınadı özünü. Neçə-neçə şəhidlərimizi sinəsinə çəkdi. Sanki təsəlli tapdı şəhidlərimizlə.

Kəlbəcərin işğalından sonra ətri də qaçdı Murovun kəklikotusunun. Tamı dəyişdi soyuq bulaqlarının. Savaşmaq, elinə sahib olmaq əvəzinə üzərinə yeyib-içməyə gələn el-oğularını görəndə ümidi öldü Murovun. Nədən oldu? Harda səhv etmişdi deyə çox düşündü... Bircə damcı da olsun haram su içirməmişdi axı övladlarına!!! Ən təmiz havası ilə bəsləmişdi onları. “Bəs bu dönüklük nədəndi” deyə çox düşündü qoca Murov. iyrəndi əlində araq stəkanı tutub “Kəlbəcər” şeirləri deyib, vətən poemaları yazanlardan. “Bəyəm təkçə içəndə yada düşür vətən?” deyə qüssələndi. Saraylarda boş çıxışlara əl çalıb, Kəlbəcərin əvəzinə verilən evlər üçün yaltaqcasına tərif deyənlərdən utandı. Axı belə övladlardan kim qürur duya bilər ki...? İllərlə həsrət qaldığı övladını gözləyən ata kimi gözü yolda qalıb əzəmətli Murov dağının. Tək ümidi Dilqəmlərə, Şahbazlara, Həsənlərə oldu. Mübarizlər, Fəridlər oldu tək təsəllisi qoca Murovun.

Bu gün də gözü yolda, qulağı səsdə qalıb. Kəlbəcərə doğru irəlliləyən igid əsgərlərinin ayaq səslərini eşitmək istəyir. Düşmənə doğru atılan mərmilərin barıt qoxusunu duymaq, zirvəsində dalğalanan Azərbaycan bayrağını bağrına basmaq istəyir başı qarlı Murov dağı.

Teleqraf.az

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti