Rüfət Muradlı

Fevralın 17-də 29 nəfərin ölümünə səbəb olan terrordan heç bir ay keçməmiş hədəf yenə həmin məkan- Türkiyə Cumhuriyyətinin başkəndi Ankaranın baş meydanı Kızılay oldu. Həmin Kızılay ki, beş ayda artıq üçüncü kez eyni səhnə ilə qarşılaşır. 

Hər iki saldırının PKK və uzantılarının törətdiyi haqda Türkiyənin ən yüksək səviyyədə rəsmiləri də bəyanat verdilər. O cümlədən dünən YPG,bu isə PKK.. 
Lakin dünənki partlama olayından sonra çoxlarını düşündürən suallar var ki, cavabları əslində hadisənin motivini ortaya qoyur..

Türkiyə Böyük Millət Məclisində 80 millət vəkili ilə təmsil olunan bir partiya( HDP) tərəfindən dəstəklənən bu terror qruplaşmalarına sifariş haradan gəlir?

Onlarla suçsuz insanın qanına susamış bu canilərin növbəti vəhşiliyinə terrorçu Sömer üçün yas mərasimi saxlayan kürd millət vəkillərinin reaksiyası dəyişəcəkmi? (Əlbəttə şübhə etmirəm ki, həmin millət vəkilleri eyni mövqeyi yenə sərgiləyəcəkdir.)

Həmçinin terrorun dövlət modeli Rusiyanın siyasilərinin "Türkiyə qan gölündə boğulacaq" kimi bəyanatlarını görməzdən gələ bilərikmi? 

Təbii ki, baş verən olayla bağlı suallar çoxdur. Amma terrorun Türkiyə prezidentinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi də diqqət çəkir. Nəzərə alsaq ki, fevralın 17-də də həyata keçən terror hücumu oxşar situasiyada baş verdi. Şübhəsiz Ərdoğanın Bakıya səfəri, Türkiyə ilə enerji anlaşmaları, Rusiyanın TANAP-la bağlı əndişəsini, enerji tranzitində alternativ kimi İran yolunun ortada olmasını göz ardına vurmaq olmaz. Amma dəhşət saçan bu terrorun, əslində silsilə terrorların arxasında daha böyük təhlükələrin olmasını istisna etmək olmaz. Əsas qərargahını şəhərləşmə formatında İraqdan Suriyaya köçürən PKK və onun uzantılarının bu qədər aşkar şəkildə terror hücumlarına əl atmasının Türkiyəni yeni bir savaşa soxmaq anlamında olmasını inkar etmək isə bəlkə də sadəlövhlük olardı. Şübhəsiz bu gün Türkiyə Cumhuriyyəti öz dövlətini və vətəndaşını qorumaq üçün qanuni haqqından faydalanıb və daha sərt mexanizmlər düşünməlidir. 

Amma baş verənlər kontekstində, Türkiyə dövlətinin terrorla bağlı yaşadıqlarının dünya üçün daha ağır sonuclara səbəb ola biləcəyini nəzərə alaraq olaya dünya ictimaiyyətinin daha obyektiv yanaşması mütləqdir. Özəlliklə Avropa Birliyinin Türkiyə üçün qoyduğu 72 şərtin həyata keçirdiyi bir vaxtda bunları görməzdən gəlməsi əslində Türkiyəyə qarşı münasibətin göstəricisidir. Türkiyədə baş verən terrorlara Dünya birliyinin daha sərt müdaxiləsi gərəkir. Ötən il Fransada baş verən terrora münasibətdə biz bu yanaşmanın bariz nümunəsini gördük. Və məhz bu gün bəşəriyyəti bu nəhs, çirkin, ölüm saçan fenomendən qurtarmaq üçün dünya birliyi Ankaranın yanında olmağa borcludur...

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti