Nigar İsfəndiyarqızı

Zamanın  su  kimi axıb getdiyi  bir  dövrdə heç kimə və heç nəyə baxmayan  biz  hərdən bir şapalaq səsinə dik atılırıq. Sanki qeybdən bir səs uzanıb damarımıza basır və deyir ki: “- ay adəmi naxələf, arada bir ayılmağa qeyrət elə.”

Və  elə  o andaca qulaqlarımızın daha kiçik olmadığına təəssüf edib, naəlac göyə boylanırıq. 

Səsin beynimizin içərisindən gəldiyinə inandıracaq güc harda... Nə mümkün?!

Yaxın  ötənlərin birində varını-yoxunu yığıb irəhmətlik Sabir deməli, Həcc ziyarətinə üz tutan zəvvarların başına bir bəla gəldi.

İndi, mənim bu aciz qulağım duyar kimidir, sizlərin “əfəndim, qutsal torpaqlarda ölüb, demək ki, əməli saleh adammış” dediyinizi.

Əlbət ki, bəndeyi-həqirinizin həddi yetməz oralara dil uzatmağa. Əmma, mənim bildiyim din də, iman da pulla alınıb satılmayan nəsnələrdən olduğundan  bu  yolda da müqəddəslik  aramaq  əbəsdir  deyə fikir edirəm. 

Necə ki, bizim məlum vəkillərdən birinin 27-ci kərə getdiyi bir yerə laf etmək doğru olmaz. Bir deputat getmişsə əgər vardır bir bildiyi. Özü cəhənnəm, oturduğunun ağırlığı vardır. 

Gəl gələlim bu işin bir də əsl iman tərəfinə. 

Ramazan ayında belə, iftar süfrələrində sərxoşları oturdan bizlər bu dünyada etdiyimiz əməllər üçün cavab verəcəyik. Həqq olanın, yəni Rəbbin hüzurunda. 

Belədirsə bu qədər şahşaha nəyə və kimə lazımdır? Peyğəmbər evinin yanında tikilən otellər hansı imanın göstərgəsidir?! 

Dini moda halına gətirmək müsəlman işimidir? 

Heç sanmıram. Namazı belə aşikarda deyil, gizlində qıl deyən peyğəmbərin ümməti bu deyil, bu olmamalı! 

Bir ərəb şeyxinin oğlunun keyfi olsun deyə din için, iman için insan qırmağın adı nədir?!

O şeyxin balası da üç metrə kəfənlə köçməyəcəkmi bu dünyadan?! 

Bunun cəvabı yoxdur. Yarımçıq xəlq olunmuş insan övladının natamamlığının məhsulu olaraq dünya bu gün BİZ sindromundan əziyyət çəkir. 

Xocalıda qırılan insanı unudub, Suriyadan qaçanları əlində bayraq eləyən, Avropadan ayaqlarını sallayıb dünyadan  heyvana sevgi dilənən bizlər indi  də  dinin qulağından yapışıb özümüzü təmizə çıxarmağa cəhd edirik. 

Qeyrət əfəndim qeyrət! 

Olmayan budur, çatmayan, əskik olan budur. Bu duyğu ki, içində imanı da, sevgini də barındıra bilir. 

Görən olsa xəbər eləsin, bilən olsa desin.

İnsanlıq qeyrətini getdiyi yolda saldı,

Tapan olsa gətirsin...

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti