Ülviyyə Əlizadə

 

Bir çoxumuz təhlükəsiz, müharibə olmayan, güllə, silah səsi olmayan rahat bir ölkədə yaşayırıq. Düzdür biz də ağır itkilər vermişik, müharibə yaşamışıq, amma şəxsən o qorxunu, o əziyyəti, zülmü görməmişik Allah yaşatmasın heç. Lakin hal-hazırda düşünməyə belə qorxduğumuz, təsəvvürümüzdə canlandırmağa belə çəkindiyimiz o qorxunu, həyəcanı, zülmü yaşayan insanlar var. Kilometrlərlə uzaqdadırlar amma hər an can hayında, qorxu içindədirlər və heç biri əzablı müharibənin nə başlamasında, nə getdikcə şiddətlənməsində günahkar deyillər. Əslində hansı dindən, hansı irqdən, hansı ölkədən olmaları da önəmli deyil, insandırlar. Lakin önəmli olan aldıqları təlqin, sahib olduqları inancdır. Əlbəttə bu çox önəmlidir, çünki insan təsadüfən, başıboş bir şəkildə məqsədsiz, heyvandan təkamül keçirərək yarandığına inanarsa, gerçəktən səmimi bir şəkildə özünün şüurlu heyvan olduğuna inanarsa, yaşamaq üçün mübarizə aparmalı olduğuna, güclülərin həyatda qalacağına, o vurmasa, əzməsə onu əzəcəklərinə səmimi inam bəsləyərsə, əsl təhlükə başlamışdır artıq. Qarşınızda bu cür düşüncələrə sahib olan bir insan varsa əmin olun ki, əslində siz potensial bir cinayətkar, azılı bir düşmən, itirəcəyi heç bir şeyi olmayan, mərhəmətdən, vicdandan yoxsun olan canlı bir təhlükə ilə üz-üzəsiniz. Adi iki insan arasındakı davasında belə sərhəd tanımayan daha doğrusu tanımalı olduğu sərhəddi olmayan bu cür zehniyyətin sahibləri, müharibələrdə təsəvvür etməzsiniz necə dəhşətverici olurlar. Bu məqaləni yazmağıma Xocalıda başına gələnləri anladan bir qadının söhbəti oldu. Həqiqətən də çox təsir edir və düşündürməlidir hamımızı. Çünki istər Xocalı, istər digər işğal hadisələri olsun ildə bir dəfə adət yerini tapsın kimisindən qeyd edilməməlidir. Xocalıda baş verən hadisələr hal-hazırda dünyanın demək olar ki, dörd bir yanında baş verir. Ən əsası isə yuxarıda sadaladığım zehniyyət durduqca təhlükə ilə burun-burunayıq. Ona görə həll yolu kimi bu cür zehniyyətə qarşı fikri mübarizə aparılmalı, insanın dünyaya başıboş, təsadüflərlə gəlmədiyi, şüurlu heyvan deyil, Yaradıcı tərəfindən yaradılmış, imtahan edilən, dünya həyatında ən gözəl, kamil əxlaqa çatmalı olan bir insan olduğu, etdiyi hər hərəkətdən, hər əməldən hesaba çəkiləcəyi, sevgi, anlayış, sülh, qardaşlıq, dostluq quracağı digər millətlərin, insanların olduğu, ehtiyacı olan digər insanlara yardım etməli, şəfqətlə davranmalı olduğu bir dünyada yaşadığı anladılmalı, aşılanmalıdır. Elmlə, bilgiylə, sevgiylə, gözəl sözlə və insan fitrətinə ən uyğun, ən rahat edəcəyi həyat tərzini insana təqdim edən, gerçək İslam dini, Quran əxlaqını mənimsəyərək olmalıdır. Əlbəttə ki, təhlükəli zehniyyəti saxta dəlillərlə hələ məktəb dövrlərindən insanlara aşılasan, universitetlərdə israrla davam etdirsən təbii ki, öz əlinlə cani yetişdirmiş olarsan. Ona görə də əslində dünyada sadəcə iki qrup insan var: doğruya iman edən, vicdanlı, onu Yaradan üstün ağılın varlığına, Allaha inanan insanlar və təhlükəli, Yaradıcı qəbul etməyən, insani keyfiyyətləri deyil, nəfsinin istəklərini əsas alan, başıboş, məqsədsiz insanlar.  Unutmayaq ki, doğru tərəfdə olmasaq, hər zaman seyirci olmaya bilərik...

                                                      

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti