Orxan Bahadırsoy

Mən sizi başa düşürəm, möhtərəm prezident! Siz böyük kürsülərin insanısız! Bizim halımızdan anlamaq çətin gələr sizə. Bunu bilirəm. Amma yenə də dərdimizi sizə danışmaq istəyirəm.

Mən uşaq ikən kəndimizin toylarında tum satardım. Toy olmayanda bağımızdan yığdığım almanı, armudu, əzgili, xurmanı Lerik-Lənkəran yolunun kənarında bir ağac kötüyünün üstünə düzüb satardım. Meyvələrin mövsümü bitəndə çaydan balıq tutub satardım. Bəzən bir gündə beş-altı “məmməd” (beş-altı min manat), bəzən də bir-iki “şirvan” (on min-iyirmi min manat) qazancım olurdu. O pulla qənd, çay, şəkər tozu, duz, istiot, makaron, konfet, lampanı yandırmaq üçün neft və bunların hərəsindən artıqlaması ilə almaq olurdu. İki “şirvan” bizi bir həftə dolandırırdı, möhtərəm prezident! Bu təzə manat evimizi yıxdı.

İndi tum, mer-meyvə, balıq sata bilmirəm. Burda yoxdur onlar. Neyləyim? Kəndə də universitet, teatr, qəzet redaksiyaları yoxdur. İşim burdan keçir. Həm indi onları satsam da bir həftə dolandırmaz bizi, möhtərəm prezident! Bu manatın insafı, vəfası, etibarı yoxdur. Necə ki, Nizami Gəncəvi, Məhəmməd Əmin Rəsulzadə bu xalqın dərdinə hayan olmuşdu, onların adına kəsilən pullar da yanırdı dərdimizə. Onlar gedəndən sonra günümüz qaraldı.

Atamın banklarda kreditləri var. Hamısını da dollarla veriblər. Dünən mənə dedi ki, “hesablamışam, dörd min manat artıq pul verməliyəm”. Bu pul sizə kiçik görünəcək, möhtərəm prezident! Axı siz bu boyda dünya ölkələrinin Bakı Avropa Olimpiya Oyunlarında bütün xərclərini öz öhdənizə götürmüş səxavətli, qonaqpərvər adamsız. Deyəcəksiz dörd min manat nədir ki? Amma bu yaxınlarda bir övladını evləndirəcək, bir övladı ali məktəbə, bir övladı hərbi xidmətə hazırlaşan, sonuncu övladı da orta məktəbdə oxuyan bir ata üçün bu çox böyük puldur. O indiyə qədər sizin bir qəpiyinizi də yeməyib! Dövlətdən heç vaxt pul almayıb o. Dövlət işində işləmir, daş karxanasında elektrik və qaynaqçıdır. Nə təqaüd alır, nə sosial yardım. Yəni, öz zəhməti, əməyi ilə dolanır. İki oğul, iki qız böyütmək asan iş deyil. Ata olmasam da yazıçıyam mən. Bunu bilirəm. Yəqin siz də bilirsiz, möhtrəməm prezident! Axı siz də üç övlad böyütmüsüz.

Mənim atam tək deyil. Ölkəmizdə nə qədər belə atalar var. Övladının qidalanması, geyinməsi, oxuması, xəstələnəndə sağalması, hərbi xidməti, evlənməsi kimi neçə-neçə öhdəlikləri olan bu qədər atalara siz niyə bu boyda əzab verirsiz, möhtərəm prezident? Onlar sizə nə pislik ediblər? Onsuz da bu atalar öz övladlarını lüks şəraitdə böyütməyib, onları bahalı restoranlarda yedirtməyib, tətil vaxtlarında xarici ölkələri gəzdirməyib, əyləndirməyib, onları ən prestijli universitetlərdə oxutma imkanına sahib olmayıblar. Heç olmasa biraz rahat şəkildə bu öhdəlikləri icra etmək imkanları da olmasınmı?

Bir neçə gündür su çiçəyi tutmuşam, möhtərəm prezident. Üstünüzə sağlıq. Atamı aptekə göndərmişdim dərman almaq üçün. Dərmanı əvvəlki qiymətindən ikiqat bahasına satmışdılar. O da neyləsin? Krediti ödəmək üçün topladığı puldan verib dərman almışdı mənim üçün. İndi krediti ödəyəcək pulu hardan tapacağını fikirləşir. Ard-arda siqaret çəkir. Siqareti də bahalaşdırıblar. Biz dərdimizi, qəhərimizi ucuz siqaretlərin tüstüsündə boğmuşuq, möhtərəm prezident! Son əlacını zəhərli tüstülərdə tapan əzabkeş əhaliyə bu zəhrimarı çox görməsinlər barı. Mən sizi əmin edirəm ki, mənim atam keyfindən oturduğu geniş kresloya, geyindiyi bahalı kostyuma daha da xarizma qatmaq üçün siqaret tüstülətmir. O kreditlərin, əbəs yerə ödəməli olduğu dörd min manatın fikrindən çəkir siqareti.

Onu da deyim ki, AzTv-də danışıb “hər şey yaxşıdır”, “qiymətlərdə heç bir artım yoxdur”, “biz rahat yaşayırıq” deyən adamlar yalan danışır, möhtərəm prezident! Onları öyrədiblər. Hər şeyi bahalaşdırıblar. Əli pulla oynayan sahibkarlar kasıb əhaliyə əməlli-başlı divan tutub. Bahalaşan dolların Gədəbəy kartofuna, Zirə pamidoruna, Lənkəran çayına, limonuna, Türkan soğanına nə dəxli var? Göz dəyməsin, bizim bərəkətli torpağımız var, möhtərəm prezident! Biz heç o dollara möhtac deyilik. Amma bunu bəhanə edib çörəyimizi niyə kəsirlər? Mən sizdən istəyirəm ki, bu işə bir əncam çəkəsiz. Axı siz prezidentsiniz! Sizin sözünüz keçər!

Hörmətlə, Orxan Bahadırsoy

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti