Röya Rəfiyeva

Çoxdandır yazmaq istəyirəm bu barədə, ancaq haradan başlamaq daha asan olar deyə çox fikirləşdim. Dul qadınla bağlı cəmiyyətdəki stereotiplər (bizim cəmiyyətə xas olan psixi hadisə) nəylə bağlıdır görəsən? Niyə cəmiyyət qəsdinə durub boşanmış qadının? Bir rəssam təsvir etsə bu durumu, ölməkdə olan heyvanın (!) yaxınlığına yığışan quzğun sürüsüdür kişilər... Kim leşə birinci cumacaq deyə içlərində bir həyəcan da var kəsin... Bu cəmiyyətdə dul qadın şərəfsiz kişi üçün əyləncə haqqıdır sadəcə...

Taleyin axarına buraxılır dul qadın... Amma iş tək bununla bitsə, nə vardı ki... Hər baxan irişir, girişir, istəyinə çatmayanda isə “damğalayır”... Bu cəmiyyətdə dul qadın kişilərin nəzərində pulsuz və müştərisi az olan fahişədir çox zaman...

Bir neçə dəfə arvad boşayan kişi belə bakirə qızla evlənə bildiyi halda, dul qadını uzaqbaşı “it aparan olsun”,- deyib ahıl birisinə təklif edərlər, həm də ürək ağrısı ilə... Kişi boşanan kimi az qala ilahiləşdirilər cəmiyyət tərəfindən, mələk qanadı taxılar hətta. Boşanan qadınsa ən yaxşı halda lənət dolu ifritədir...

Kişilər “tənha qadına çətindir, bilirəm, hətta heyvanlar da vaxtı-vaxtında cinsi tələbatını ödəyir”,- deyib süzər iti baxışlarla. İstənilən heyvan o kişidən mənəviyyatlıdır əslində...

Kişilər “arvadım uşaqlarımın anasıdır, sən isə...”,- deyib susar kövrəlmişcəsinə... Üç nöqtənin yerinə “fahişə” kəlməsini vaxt çatanda demək üçün saxlayar... İt ondan sədaqətlidir bu məqamda...

Kişilər “artıq Allahı sevdim”,- deyib bir münasibətin sonunda müqəddəsləşdirməyə də çalışar bəzən özünü. Xislətindəsə hesabı ödənilə bilməyəcək bir alçaqlıq var...

Bir dostum var, çevrəsində olan qızların hər biri barədə ayrıca dosye yaratmışdı özündə- hamının nöqsanı vardı. Dul qadınları isə fahişə hesab etdiyini deyirdi açıqca. Sonunda evləndi, toyuna getməsəm də, ortaq dostlarımız şəkillərini göndərdilər. Həmin gün o qızın yarıçılpaq “selfi”sini də göndərdi dostlardan biri və gülərək onunla yatdığını da söylədi. Həmin “selfi”ni göstərdiyim dostum isə qızı tanımadan görkəminə baxaraq “əsl fahişə” adlandırdı. Təkrar toy şəklinə baxdım, qızın belində qırmızı lenti də vardı...

Bir dostum da var, yaşı 35-dən ötüb, hələ də öz dediyi kimi “möhürlü qız” axtarır. Həyatında bəyəndiyi dul qadın olsa da, onunla sadəcə əyləndiyini deyir və gülür- “dul qadınla yatmaq savabdır. Ancaq mən İsa deyiləm ki, günahları bağışlayam”,-deyə... Nişanlanmağa hazırlaşır artıq və mən poçtuma gələcək növbəti çılpaq şəkli gözləyirəm...

Bir dindar dostum isə kişilərin dul qadına yanaşmasının izahını belə vermişdi: “Kişi heç işlənmiş telefon almaq istəmir, o ki, qalmışdı arvad ola”... Ona İslam tarixinə, müqəddəs kitablarına nəzər salmağı təklif etdikdə, susaraq qapını çırpıb getmişdi...

Hiss etdiyim o ki, bu cəmiyyətdə kişinin kişiliyini ətrafına sübut etməsi üçün lazımdır dul qadın... yoxsa, əsl kişi sayılmaz... Bu kişi qorxur dul qadından həm də... Çünki o, etiraz etməyi bacarır, azad olmaq istəyir, həyatını yaxşılığa doğru dəyişməyə çalışır... Kişi qorxur, bu qadının azadlığından qorxur... Buna görə ləkələməyə çalışır hər zaman... azadlığın ləkəli olduğunu sübut etmək üçün... Hansı ki, həmin kişi özünə həyat yoldaşını belə çox zaman başqalarının diqtəsi ilə seçir. Seçmir əslində, seçilənlə razılaşır... Özünə arvad seçə bilməyən kişinin bələdiyyə sədri, deputat seçmək istəməsi gülüncdür sadəcə... Yaxşı kişinin arvadı boşanmaz əslində... Ancaq qadını boşanmayan kişilər də çox zaman yaxşısı sayılmaz... O qədər ərinin yanından sevgilisinin yanına “gedib-gələn” qadınlar görürsünüz ki özünüz...

Sözüm dul qadınlaradır sonunda- sınmaq olmaz! Sizinlə pis davranmış kişilərə və cəmiyyətə yaxşı olduğunu göstərmək üçün yollar axtarmaq lazımdır! Dul qadına “leş qarğaları” kimi baxanların arzusunu gözündə qoymaq üçün yaxşı bir presedent olmalıdır etdiklərimiz...

P.S. Yazıda dost dediklərim dostlarım deyil. Qadınlarla bağlı fikirləri xoşuma gəlmədiyindən, ünsiyyəti də kəsmişəm hətta. Ancaq tanış yazsam, əksəriyyət yanlış anlayacaqdı... Çünki mən də dul qadının sırasındayam çoxdan...

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti