Dilavər Əzimli

Fazil Mustafanın Sabir Rüstəmxanlıya verdiyi cavabı mən də oxudum. Buna toxunmaq istəmirəm. Özləri bilər. Onsuz da Fazil bəy məni dostluqdan çıxarıb. Görünür ki, onun söylədikləri haqqında açqlamalarımı görmək istəmir. Mən də bir qədər sakitəm. Çünki onun söylədiklərinə status yazanda partiyadaşları hücuma keçirlər. İndi bütün partiyalarda bu adətdir. Çünki bolşevik təfəkkürü ilə idarə olunurlar. Lider xəstəliyinə tutulublar. Liderlər isə əjdəhanı öldürüb özləri əjdıhaya çevrilirlər. Mən o şəxslərdən xeyli əvvəl Fazil bəyi tanıyıram və ona olan hörmətim də həmni illərdən yaranıb. Amma Fazil bəyin Türkiyədə mühacirət həyatından sonra onda ciddi dəyişikliklər baş verdi. Bunu onun yazdıqları sübut edir.

Dəyərli dostlar! Bu gün hamı tarixdən danışır. Amma yaddan çıxarmayın ki, tarixçi olmayan insan tarixi təfəkkürdən çıxış edə bilməz. Bu münasibət Fazil bəydə də özünü göstərir.
Yazdıqlarını oxuyanda onun münasibəti ilə Mənüçöhr Cavanşirin (Güntay Gəncalp) açqlamaları arasında paralellik görünür. O, həmişə də onu müdafiə edir. Burada onları birləşdirən bir xətt özünü biruzə verir. Mənüçöhr Cavanşir yazır ki, Əbülfəz Elçibəydən soruşdum ki, "Bütöv Azərbaycan ideyası"na inanırsanmı?". Daha sonra qeyd edir ki, "Ə.Elçibəy mənə dedi ki, inanmıram, amma ay Güntay xalqa nə isə də deməliyəm". Fazil bəy də onun kimi çıxış edərək bu ideyanın xülya olduğunu bildirir. Mənüçöhr də yazır ki, Səttarxan oğru olub, Xiyabani ermənilərə işləyib, Pişəvəri agent olub. Fazil bəy bir qədər yumşaq yazsa da, məna eyniləşir. Səttarxan, Xiyabani və Pişəvəri hərəkatlarına kölgə salır. Pişəvərini anti-Türkiyə adlandırır. Gördünüzmü, tarixçi olmadıqlarından bu cür münasibət göstərirlər. Buradan iki məna çıxır: 1.Onların tarixdən xəbərləri yoxdur. 2.Onlar hansısa mənbədən təlimatlandırılırlar. Üçüncü variant yoxdur. Qayldaq onun bəzi məslələrə münasibətinə...... Fazil bəy də, Mənüçöhr kimi Sasani, Şüubi sözlərindən yapışıb qopmur. Onlar İran tarixşünaslığına söykənərək bunu ictimaiyyətə təqdim edirlər. Daha çox söykəndikləri Əli Şəriətidir. Əli Şəriətinin 40-dan artıq kitabları vardır. Bəziləri ilə tanışam. Hətta farscalarının bəzilərini də oxumuşam. Ona böyük hörmətim vardır. Amma öz xalqının nümayəndəsi kimi çıxış edir. Önun əsərləri daha çox farsçılığa xidmət edir. Şüubiliyi də bu yöndən açıqlayır. Əzizlərim, şüubiliyi yaradan Şirvandan olan azərbaycanlı bir şəxsdir. Şüubilik ərəblərə qarşı yönələn bir hərəkatdır. Onun islama dəxli yoxdur. Sasanilər imperiyası böyük Mesopatamiya mədəniyyətinin üzərində qurulmuşdu. Ondan əvvəl bu ərazilərdə dünya tarixində öz mədəniyyətləri ilə seçilən imperiyalar mövcud olub. Sasanilər imperiyasınının bir ucu Aralıq dəniziniə, digər ucu indiki İran körfəzinə dayanırdı. Onun sərhədlərində nə qədr fars yaşayırdı? Bu ərazilərdə daha çox türklər yaşayırdılar. Bu imperiya haqqında dəyərli tarixçi Zehtabi yazır ki, fars imperiyası deyildi. Son illərdə onun rəhbərliyi demək olar ki, yəhudilərdən ibarət idi. Sasani imperatorlarının əksəriyyətinin anası Göytürk xaqanlığının qızları idi. Onlar da Göytürk xaqanlarına qız verib qohum olmuşdular. İndi farslar nə qədərdir, Fazil bəy? O zaman bəlkə bir milyon ola bilməzdilər. Bilirsiniz Sasnilər şiəliyi niyə qəbul etdilər? Ona görə ki, alternativ idi. Əgər o zaman şiələr İslamın başında dayansaydılar Sasanilər sünniliyi qəbul edəcəkdilər. Qardaşım, bu bir siyasətdir. Sasanilər ərəbləri qəbul edə bilməzdilər. Gəlin qəbul edək ki, ərəb mədəniyyəti Sasani mədəniyyətindən geri qalırdı. Söhbət İslamdan deyil, ərəb mədəniyyətindən gedir. Ərəb mədəniyyətinin isə islama dəxli yoxdur. İbni əl-Əsir Yazır ki, ərəblər çox mədəniyyətsiz olublar. Onlar dəvənin dərisini yununa qatışdırıb qanda bişirib yeyirdilər. Belə faktları çox çəkir. Əslində, İslam ərəbləri vəhşilikdən qurtardı. Sasani-Ərəb toqquşması da bundan yarandı. Sasanilər ağalıqlarını əldən vermək istəmirdilər. Ona görə də ərəblərə qarşı şüubiliyi dəstəklədilər. Amma ərəblərlə bacarmadılar. Daha doğrusu, İslamla bacarmadılar. Onda başqa üsula əl atdılar. Bu da həmin dövrdə alternativ axtarmaq idi. Bu isə İslamda var idi. Yəni, şiələr deyirdilər ki, onların haqqları pozulub, imam Əli(ə) haqsız yerə hakimiyyətdən uzaqlaşdırılıb. Sasani rəhbərləri bundan istifadə etməyə qərar verdilər. Uydurdular ki, imam Əli(ə)nin oğlu imam Hüseyn (ə) II Yəzdəgərdin qızıni alıb. Ondan isə imam Zeynalabdin (ə) anadan olub. İmamlıq da ona çatıb. Burada yəhudi variantı özünü göstərir. Yəni, imam ana xətti ilə farsa söykənir. Bu mənada onalara iddia etməyə başladılar. Bir daha təkrar edirəm ki, bu bir siyasət idi. Əgər o zaman İslamın başında şiələr dursaydı, farslar sünniliyi qəbul edəcəkdilər. Onlar bu gün də şiə deyillər. Şiəlik onlar üçün vasitədir. Onların əlindən həzrətu Əli (ə)ni alsan, atəşpərəst qalacaqlar. İngiltərəli tarixçi Trimenqem bunlarl araşdıraraq yazır ki, həzrəti Əli (ə) ni türklər qədər sevən yoxdur. Ona görə ki, türklər daima hürr, azadlıq tərəfdarə olublar. həzrəti Əli (ə) də bu cür insandır. Daha sonra yazır ki, Şah Xətai dövründə olan şiəlik sufilik idi və onlar Xətaiyə həzrəti Əli (ə)nin təcəllası kimi baxırdılar. Təcəlla isə Tanrıçılıqdan gəlir. Türk daima tək tanrıçı olmuşdur. Onlar həzrəti Əli(yə) öz tanrılarının təcəllası kimi baxırdılar. Fazil bəy, çox təəssüf ki, sizlər Xətaiyə, səfəvilərə şəriət bucağından baxırsınız və ona görə də fars şiəliyi ilə qarışdırırsınız. Xətaini dərk etmək sizlərə yaddır. Xətaidən sonra Təhmasib dövründə şəriət səfəvilərin həyatına girdi. Xətai isə sufi idi. Sufilik də türklərə məxsusdur. Xətai 13 yaşında olanda Ərzincanda Höbək dağının ətəyində bir Türk qurultayı keçirildi. Orada 73 Türk ocaq bəyi və 40 pir iştirak edirdi. Orada  verilən qərarı Osmanlı arxivindən götürmüşük. Orada yazılır ki, səlcuqlar və osmanlılar bizim arzularımızı doğrultmadılar. Onlar sonradan türklükdən imtina etdilər. Farsçılıq türklüyü sıxışdırıb sıradan çıxardı. Bu dövlətlərin rəsmi dili fars dili oldu. Onlar ərdəbilli cocuğun üəzrində dayandılar. Bu cocuq iqtidara gələndən sonra dövləti yalnız türk sufi qaydaları ilə idarə etdi. İnanmırsınızsa "Tarix-i aləm-ara-yi Şah İsmayıla" baxın. Ona qarşı Mazandaran, Gilan şiələri çıxdılar. Şiələrin üsyanı hər yeri bürüdü. Onlar dedilər ki, bi ərdəbilli cocuq bizim etimadımızı doğrutmadı. Minlərlə qızılbaşı qan içində boğdular. Şah Xətai olmasaydı, onlar qələbə çalacaqdılar. Hamısının öhdəsindən gəldi. Şah Xətai necə şiə dövləti qurmuşdu ki, Sultan Səlimin fitva verən qaziləri qızılbaşları kafir adlandırırdı. Onları arvadlarını və qızlarını halal sayırdılar. Bilirsiniz niyə? O zaman Osmanlı imperiyasında Abbasilər dönəmindəki islam mövcud idi. Bu da Əməvilər dönəmindəki islamın başqa variantı idi. Ona görə də qızılbaşları kafir sayırdılar. Fazil bəy, bu gün də mövcud olan islam Əməvi və Abbasilər dönəmindəki islamdan fərqlənmir. İslamı bir moda çeviriblər. Hacı olmayan qalmayıb. Bu gün peyğəmbər zamanındakı islamdan hansısa əlamət varmı? Allaha and olsun ki, həzrəti Əli (ə) və həzrəti Hüseyn (ə) dirilib gələrlərsə, onları elə şiələr özləri öldürərlər. Bu gün İran şiəliyi də, Türkiyə və ərəb sünniliyi də eyni mənbədən qaynaqlanır. Bunu siz də bilirsiniz. Əl çəkin səfəviləri aşağılamaqdan. Siz hardan biləsniz ki, Səfəvi mədəniyyəti Avropa mədəniyyətinin çiçəklənməsində əvəzsiz rol oynadı. Bunu bilmək üçün sizə yüzlərlə mədəniyyətə aid Avropa tarixçilərinin əsərlərini göstərə bilərəm. Tez-tez almanlara müraciət edirsiniz. İki ildir ki, orada görüdüklərinizdən yazırsınız. Alman genetik kodunu göylərə qaldırırsınız. Almanlar haqqında mən də yüksək fikirdəyəm. Amma bu qədər də yox da.... Özünü aşağılayıb onu qaldırırsınız. Yaddan çıxarmayınki, ABŞ dolları olmasaydı, almanlar qalxa bilməzdilər. Bu bir siyasət idi ki, aparılırdı. Pul olmasa, heç nə etmək olmaz. Onlara pulu təkcə ona görə ayılrmadılar ki, dirçəlsinlər. Oranı ona görə dirçətdilər ki, həm də asılı etsinlər. Bizim genetik kodumuza kölgə salırsınız. Səttarxan, Xiyabani, Pişəvərini tənqid edirsiniz. Tarixdən danışmayın. Ona görə ki, bilmirsiniz. Bu hərəkatları öyrənmək üçün Cəmil Həsənlinin kitablarını oxuyun. XX əsrin əvvəllərindən başlayaraq dünyada solçuluq geniş inkişaf etmişdi. Bütün Avropada, ABŞ-da solçuluq xalq tərəfindən rəğbətlə qarşılanırdı. İkinci Dünya savaşından sonra solçuluq o dərəcədə inkişaf etdi ki, ABŞ solçuları SSRİ-yə atom bommasının sxemini oğurlayıb verdilər. Solçuluğa ən ağır zərbə SSRİ-nin Macarıstanda tökdüyü qanlardan sonra dəydi. Dunya bundan sonra solçuluqdan imtina etməyə başladı. O zaman da Xiyabanu və Pişəvərinin solçu olması təbii idi. Amma yanlışlığa da yol verirsiniz. Pişəvəri anti-Türkiyə olmayıb. Pişəvəri hökuməti son günlərdə üç maddədən ibarət qərar qəbul edir. Bunu biri də Türkiyə ilə birləşmək idi. Bunun üçün Ankaraya nümayəndə heyəti gedir. Amma onları Baş nazir qəbul etmir. Çünki SSRİ-dən qorxurdu. O zaman Türkiyə özünün vəziyyətindən çəkinərək Təbrizdə 40 minin güllənməsinə də etinasız yanaşdı. Bir də o zaman Azərbaycanın bütövləşməsi real idi. Bunu Cəmil bəy də arxiv sənədlərinə istinadən yazır. Yazır ki, Mir Cəfər Bağırov Stalinə yalvarırdı ki, qoşunları çıxarma. Amma baş vermədi və Bağırov ağlamsınaraq "Azərbaycan xalqı əlinə düşən imkandan məhrum oldu, birləşə bilmədi" dedi. Fazil bəy, siz bizə təlqin edirsiniz ki, bu ideya çürük ideyadır və əl çəkin. Əvəzində itirilmiş ərazilərimiz barədə düşünün və bir də İran ərazilərində yaşayan həmvətənlərimizin inkişafı üçün çalışın, yazırsınız. Fazil bəy, bəlkə İrəvanı da unudaq, qoy ermənilərin olsun. Dərbəndi, Borçalını da unudaq. Sadəcə yalvaraq ki, oarada yaşayan həmvətənlərimizə bəzi hüquqlar verin. Gülməlidir.... Yazırsınız ki, artıq kimsə Təbrizlə maraqlanmır. Bilirsiniz niyə? Ona görə ki, dövləti təmsil edənlər milli deyildirlər. Milli olsaydılar
belə olmazdı. İstinad etdiyiniz almanlar həmişə milliliklərini saxlayırlar. Anqela Merkel həm də millətçi almandır. Alman televiziyaları bizim televiziyaların günündə deyildir. Bizim
televiziyalar bu milləti haraya aparır. Bu siyasətin başında kim dayanır? Siz millət vəkilisiniz. Mənə cavab verin. Bundan sonra yazırsınız ki, Təbriz unudulub. Siz bir millət vəkili olaraq maraqlanmısınız ki, nəyə görə Cənubi azərbaycanlılara bizim ölkə tərəfindən viza tətbiq edilir? İran vizanı çoxdan ləğv edib.

Burada yaşayan cənublular nə gündədir? Onlarıa sığınacaq belə vermirlər. İran Bakının küçələrində onları ovlayır. Tutub aparır. Hər gün Təbrizdə İran rejimi azərbaycnalı fəalları asır.
Rəsmi strukturlar, təmsil olunduğunuz Milli Məclis niyə səsini çıxarmır? Cavab verərsinizmi? Sonra da yazırsınız ki, Təbriz yaddan çıxıb. Təbriz yaddan çıxmayıb. Təbriz bizi unudub. Təbriz bizdən vəfa görmür. Bu gün Təbrizdən gəlib burada elmi dərəcə alanlara sağmal inək kimi baxırlar. Soğan kimi soyurlar. Onlar bilirsiz haraya gedir? Ermənistana. Ermənistan onlara
qucaq açır. Dəhşətdir, deyimi? Bir təbrizli dostum vardır. 20 ildir buradadır. Buralı qızla evlənib. Ona vətəndaşlıq vermirlər. Az qalırdı ki, İrana təhvil versinlər. Külli miqdarda rüşvətlə canın qurtardı. Gördünüzmü ki, Təbriz bizə inanmır. Sonda qeyd edim ki, tarixçi olaraq bildirirəm ki,
Qarabağın azad olunmasının yolu Bütöv Azərbaycandan keçir. Bu da baş verəcəkdir. Dünyada yeni sistemlər işə düşüb. Kim inanardı ki, ərəblərin coğrafiyası dəyişəcəkdir. Bir də tarixin qanunauyğunluqları vardır. Məsələn, məşhur tarixçi Arnold Toynbi mədəniyyətləri tədqiq edərkən belə qərara gəlmişdi ki, mədəniyyətlər müəyyən dövrlərdə qalxır və enir. O, qeyd edir ki, bütün bəşəriyyət tarixində böyük mühacirətlər təqribən 300 ildə baş verir. Bu mənada bu tarixi 300 ildən bir dövrlərə ayırır. O, miladdan öncə 2025-ci ildən başlayaraq miladdan sonrakı 2175-ci ilə qədərki dövrləri 300 illik dövrlərə bölür. Ötən müddətlər onun dediklərinin düzgünlüyünü təsdiq edir. Bizim enməmizdən 300 il keçmişdir. Artıq Türk əsri gəlir. Bu mənada İran cöğrafiyası da, Rusiya coğrafiyası da parçalanacaqdır və Bütöv Azərbaycan da keçəkləşəcəkdir!

Sonda bir xahişim var! Bu cür zərərli fikirlərlə gəncliyin beynini zəhərləməyin! Mən hər gün auditoriyalara girirəm. Böyük bir gənclik gəlir. Ehtiyatlı olun! Bizlər özümüzü yaxşı aparmasaq, onlar bizi də tarixin arxivinə tullayacaqdır!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti