|
Iqbal Eyvazov
Azərbaycanda 1937-ci ilin repressiya ab-havası davam edir. Hazırda isə bu repressiyaların əsas hədəfi prinsipial, vicdanlı hüquq müdafiəçiləridir. Hakimiyyət müxtəlif təzyiqlərlə bu hüquq müdafiəçilərini susdurmağa, zərərsizləşdirməyə çalışır.Təzyiqlər və ya onları ələ almaq cəhdləri fayda vermədikdə isə daha sərtc əza tədbirlərinə əl atılır – hüquq müdafiəçiləriq ondarma ittihamlarla həbs olunur.
Avqustun 8-də daha bir hüquq müdafiəçisi - tanınmış hüquqşünas Intiqam Əliyev də həbs olundu. Həbsi zamanı hüquq müdafiəçisinin ofisindəki vacibsənədlər də müsadirə olunub.
Həbs olunan İntiqam Əliyevə qarşı irəli sürülən rəsmi ittihamlara gəlincə, hüquqmüdafiəçisiqanunsuzsahibkarlıq, vergidənyayınmavə vəzifə səlahiyyətlərini aşmaqda ittihame dilir.
Hələlik İntiqam Əliyevə qarşı irəli sürülən ittihamlarla bağlı istintaq davamedir. Lakin yerli və beynəlxalq ictimaiyyət Intiqam Əliyevin həbsinins əbəbinin hüquq müdafiə sahəsindəki fəaliyyəti ilə bağlı olduğunu bəyan edib. Başqas özlə, İntiqam Əliyevin siyasimotivlərlə həbs olunduğu bildirilir.
O da maraqlıdır ki, İntiqam Əliyevin həbsi onun Avropa Şurası Parlament Assambleyasının iyulda keçirilən iclasında etdiyi çıxışdan sonraya təsadüf edir. O, həmin çıxışında Azərabycanda insan haqlarının pozulması faktlarına görə sərt tənqid etmişdi. Məhz bu çıxışından sonra İntiqam Əliyevin həbsedilməsi xeyli düşündürücüdür.
Intiqam Əliyevə qarşı sürülən rəsmi ittihamlara gəlincə, bu ittihamlar istər Azərbaycan ictimaiyyəti, istərsə də beynəlxalq təşkilatlar tərəfindən şübhə ilə qarşılanır. Bunun da çox sadə səbəbləri var.
Birincisi, İntiqam Əliyev hüquqşünas f əaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cuildən isə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ilə yaxındır ki, vəkillik fəaliyyəti ilə məşğul olur və qanunları yaxşı bilir. O, əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa İnsan Hüquqları Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa vurub.
İntiqam Əliyev bir sıra beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.) qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. 20-dən çox kitabın müəllifidir. 2013-cü ilmartın 4-də o, «PeopleinNeed» insanhaqları təşkilatını nmükafatına layiq görülüb. «HomoHomini» adlanan mükafat həril insanhaqları sahəsində fədakarlıq göstərən fəallara verilir.
Bu baxımdan insan haqlarını müdafiə edən, beynəlxalq çevrələr də peşəkar, nüfuzlu hüquqşünas kimi tanınan bir insanın Azərbaycan qanunlarını pozması, ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamlarının irəli sürülməsi ciddi təsir bağışlamır. Bu, hətta gülünc səslənir.
Elə beynəlxalq təşkilatların onun həbsinə reaksiyasında da bu məqam – İntiqam Əliyevə qarşı irəli sürülən ittihamların əsassız olması və onun siyasi motivlərlə həbs edilməsi xüsusi vurğulanır. Belə ki, “AmnestyInternational” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib.
ABŞ Dövlət Departamentinin rəsmisi Barnum Jeremy isə bildirib ki, insan haqları fəalı İntiqam Əliyevin saxlanması Azərbaycanda dinc ictimai fəaliyyətə məhdudiyyətləri bir daha sübut edir: “Biz getdikcə daha çox narahat oluruq ki, Azərbaycan insan haqlarına dair beynəlxalq öhdəliklərinə uyğun şəkildə yaşamır. Azərbaycan hökumətini öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə, onların şləri üzrə ədalətli məhkəmə proseslərinə təminat erməyə və fikirlərini azad şəkildə ifadə etmələrinə imkan yaratmağa çağırırıq».
FreedomHouse” beynəlxalq hüquq-müdafiə təşkilatı da Intiqam Əliyevin həbsi lə bağlı bəyanatyayıb.
“Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən biri olan Intiqam Əliyevin həbsi bu ölkədə hakimiyyətin vətəndaş cəmiyyətini məhv etməkdə qərarlı olduğunu göstərir”, - deyə təşkilatın Avrasiya üzrə proqramlar rəhbəri Syuzan Korke bildirib.
Bəyanatda yada salınır ki, Intiqam Əliyevin həbsi Insan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov barəsində ilkin istintaq müddəti üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilməsindən dərhal sonraya, həmçinin Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynovun dindirməyə çağırıldığı və barəsində saxlanma qərarı çıxarıldığı vaxta təsadüf edir: “Azərbaycan hakimiyyəti ondan narazı olanları, etiraz edənləri susdurmaq üçün onların ölkədən çıxışına qadağa qoyur, bank hesablarını dondurur, həbs edir. Əgər beynəlxalq ictimaiyyət bütün bu baş verənləri açıq şəkildə pisləməsə, Azərbaycan hökumətinə beynəlxalq öhdəliklərin məsuliyyətini xatırlatmasa, bu halda, prezident Ilham Əliyev dünyadakı insan haqları institutlarını, o cümlədən Azərbaycanın hazırda sədrlik etdiyi Avropa Şurasını istehza obyektinə çevirəcək”.
Bəyanatda o da vurğulanır ki, Azərbaycan dünyada “azad olmayan ölkələr” qrupuna aiddir.
Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən tanınmış şəxslər də İntiqam Əliyevin həbsini qanunsuz sayır.
Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli bildirib ki, İntiqam Əliyevə qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Məqsəd sadəcə, ölkədə qalan az saylı vətəndaş cəmiyyətinə birdəfəlik zərbə endirməkdir. İntiqam Əliyev vəzifəli şəxsin səlahiyyətlərini və qrant vəsaitiniməni msəmədə ittiham olunur.
Belə ki, Ədliyyə Nazirliyi onun sonuncu dəfə Hüquq Maarifçiliyi cəmiyyətinin prezidentiseçilməsini qeydə almayıb. İddia olunur ki, guya o, cəmiyyətin prezidentliyi vəzifəsini mənimsəyib. Bundan başqa İntiqam Əliyev qrant müqaviləsi imzalayıb, pu lbanka köçürülüb, ancaq Ədliyyə Nazirliyi layihəni qeydə almadığına görə İntiqam müəllim o pulu heç hesabdan çıxarmayıb da. Pul qəpiyinə qədər bankdadır. Absurd ittiham irəli sürüblər ki, o pulu mənimsəyib».
Beləliklə, İntiqam Əliyevin həbsi birbaşa onun hüquq-müdafiə sahisindəki fəaliyyəti lə bağlıdır. Belə ki, Avropa Məhkəməsində Azərbaycanla bağlı onlarla iş var ki, bir başa Intiqam Əliyevin nəzarətindədir.
2010-cuil Azərbaycanda parlament seçkiləriylə bağlı şikayətlər onun tərəfindən AvropaMəhkəməsinə çıxarılıb. 71 şikayətin 51-nin təminolunma mərhələsidir. Əgər həmin şikayətlər təmin olunsa, Azərbaycan parlamenti qeyri-legitim sayılacaq. Hökumət də bunun qarşısını almaq üçün ilk növbədə həmin 51 nəfərin arıdan çoxunun vəkilini – İntiqam Əliyevi sıradan çıxarır.
Göründüyü kimi hakimiyyət Intiqam Əliyevi sıradan çıxarmaqla parlamentin qeyri-legitimliyinin qarşısını almaq istəyir. Hakimiyyət çalışır ki, 2015-cil il parlament seçkilərinə qədər bu məsələnin hüquqi qiyməti verilməsin. Təbi iki, 51 millətvəkilinin qeyri-qanuni seçilməsinin təsdiqi, parlamentin əsl vəziyyətini üzə çıxarır. Ona görə də Intiqam Əliyevi və digərlərini həbs etməklə bu prosesi ləngitmək istəyirlər. Daha dəqiq desək, hakimiyyət öz ifşasından yaxa qurtarmaq üçün Intiqam Əliyevi həbse tməyə qərar verdi.
O da maraqlıdır ki, İntiqam Əliyevin həbsi zamanı onun rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində axtarış aparılarkən 2010-cu il seçkilərinə aid bütü nsənədlər (vəkildosyesi) istintaq orqanı tərəfindən qanunsuz olaraq və ittihamla heç bir əlaqəsi olmadığı haldag ötürülmüşdür.
Bu isə, o deməkdir ki, İntiqam Əliyevi fiziki olaraq cəmiyyətdən təcridetməklə, onun Avropa Məhkəməsi qarşısında seçki işlərinin kommunikasiyasını davam etdirməsinə maneçilik törədilməsi ilə kifayətlənməyib, seçki işlərinin dosyeləri götürülməklə həmin işlərin kommunikasiyasının Hüquq Maarifçiliyi Cəmiyyətinin başqa əməkdaşları və ya şikayətçilərin özləri tərəfindən davam etdirilməsinin qarşısı alınıb. Avropa Məhkəməsinin prosedur qaydaları baxımından bu halda seçki işlərini şikayətçinin işinnəticəsinə marağının itməsinə görə siyahıdan çıxarılması mümkündür.
Onu da qey dedək ki, İntiqam Əliyev tərəfindən Avropa Məhkəməsinə təkcə seçki işləri göndərilməyib, eyni zamanda mülkiyyət hüququnun pozuntusuna dair, ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun pozuntusu və digər strateji əhəmiyyətli işlərlə bağlı da çoxsaylı şikayətlər göndərilib. Həmin şikayətlərlə bağlı dosyelərdə istintaq orqanı tərəfindən qanunsuz olaraq götürülüb.
Daha bir vacib məqam isə ondan ibarətdir ki, indiyədək AvropaMəhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılan qərarların əksəriyyəti İntiqam Əliyevin vəkillik etdiyi işlər, onun tərəfindən göndərilmiş şikayətlər əsasında çıxarılıb .Bütün bunlar onu deməyə əsas verirki, İntiqam Əliyevin həbsinin başlıca səbəbi onun tərəfindən Avropa Məhkəməsinə göndərilmiş şikayətlər üzrə, xüsusəndə 2010-cuil Parlament seçkilərinin nəticələrinə dairg öndərilmiş şikayətlər üzrə Azərbaycana qarşı qərarlar çıxmasının qarşısını almaqdır.
Başqa sözlə, hüquq müdafiəçisi İntiqam Əliyevin Avropa Məhkəməsində işlərin aparılmasına yönəlik vəkillik fəaliyyətidir. İntiqam Əliyevin həbsinin başqa birs əbəbi isə yuxarıda qeyd etdiyimiz kimi, onun hüquq müdafiəçisi kimi Avropa Şurası Parlament Assambleyasının ötən ay keçirilən iclasında etdiyi çıxışdır. Həmin çıxışında o, Azərbaycan hakimiyyətinin insanhaqları ilə bağlı siyasətini sərt tənqidetmiş, ölkədə siyasi məhbuslar problemindən, müstəqil qeyri-hökumət təşkilatlarına basqılardan, hakimiyyətin tənqidçilərinin saxta ittihamlarla şərlənib tutulmasından, ölkədə insan haqlarının acınacaqlı durumundan, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozuntusundan və s. Danışıb və hakimiyyəti sərt şəkildə tənqid edib. Bu mənada onun həbsi həm də ifadə azadlığının pozuntusudur.
Ən nəhayət, İntiqam Əliyevin həbsi həm də ölkədə müstəqil qeyri hökumət təşkilatlarının (QHT) susdurulması və tamamilə sıradan çıxarılması istiqamətində görülən işlərin tərkib hissəsidir.
/Teleqraf.az/