Ramiq Vəliyev

Son günlər dünya  gündəliyini yenidən İslam adına ortaya çıxan radikal qruplarla mübarizə müzakirələri zəbt etdi. İraq və Suriyada İslam adına ortaya çıxan və  öz inancından olan insanlara da amansız divan tutan radikal qrupların yayılan tükürpərdici videoları demək olar ki, dünyanı lərzəyə gətirdi. Onsuz da qan və göz yaşı içində olan İslam aləmi daha bir təhdidlə üz-üzə qaldı. Lakin yaşananlar bu təhdidin sadəcə İslam aləmini deyil, bütün dünyanı  əhatə edəcək şəkildə böyük bir təhlükə olduğunu üzə çıxardı. Dünya mediası bu amansızlığı gündəlikdə tutarkən, təhlükəni özünə yaxın görən ölkələr isə ciddi tədbirlər almağa başladı.

Lakin radikal qruplara qarşı hansı tədbirlərin alınacağı haqqında gedən müzakirələrdən görünür ki,  bu mübarizədə yenə də yalnız  şiddət və güc vasitələrindən istifadə ediləcək.  Ancaq əvvəlki praktikalar bizə radikal qruplara qarşı yalnız gücdən istifadə edilərək aparılan mübarizənin istənilən nəticəni verməyəcəyini göstərdi.  Aparılan genişmiqyaslı antiterror əməliyyatları radikal qrupları tamamilə zərərsizləşdirə bilməməklə yanaşı, minlərlə günahsız insanın ölümünə, on minlərlə insanın isə yaşadığı bölgələri tərk edərək çətin və ağır şərtlər altında yaşamağına səbəb oldu. Son günlərdə yaşananlar isə gücdən istifadə edilərək aparılan mübarizənin radikal qrupları tamamilə  yox etmədiyini, əksinə, əvvəlkilərdən daha təhlükəli və geniş miqyaslı radikal qrupların ortaya çıxması ilə nəticələndiyini göstərdi. Maarifləndirmə işi aparılmadan sadəcə gücdən istifadə edilməsi zamanla qarşı tərəfin gücünün azalmasına deyil, artmasına səbəb olur.

İslam adına ortaya çıxan radikal qruplarla ən gözəl mübarizə üsulu onların İslam adına qaynaq göstərdiyi yanlış məlumatların, əslində, İslamla heç bir əlaqəsinin olmadığını geniş şəkildə təbliğ etməkdir. Çünki törədilən vəhşilik və cinayətlər İslam adına uydurulmuş qaynaqlar əsas göstərilərək həyata keçirilir. Şiddət və terrora dəlil kimi göstərilən məlumatların  doğru olmadığı təbliğ edilmədiyindən,  bəzi müsəlmanlar  şiddət və radikalizmin dinin hökmlərindən qaynaqlandığını zənn edir və bu qrupları dəstəkləməyə başlayır. Eyni zamanda, bu yanlış məlumatlandırma xüsusi ilə Amerika və Avropada yaşayan insanların İslamı düşmən görməsinə və İslamofobiyaya səbəb olur.

 Bu gün bir çox mötəbər dini qaynaq sayılan  əsərlərdə şiddəti, öldürməyi təşviq edən məlumatlar vardır. Bu məlumatların İslam adına insanlara öyrədilməsi din adına şiddətin yaşanmasının əsas təməlidir. Bütün bunların yaşanmamağı üçün ilk öncə müsəlmanlar radikalizm və şiddətə təşviq edən məlumatların dinlə heç bir əlaqəsinin olmaması və bu məlumatların yanlış olması ilə bağlı maarifləndirilməlidir. Çünki şiddətə təşviq edən yanlış məlumatlar dini qaynaqlardan ayırd edilmədikcə radikalizm tərəfdarlarının müsəlmanların içərisindən tərəfdar toplaması çətin olmayacaq. Radikal qruplar, əsasən, yanlış dini məlumatlarla dolu mənbələri müsəlmanlara qaynaq göstərib  əsaslı təbliğat işləri aparır və bu yolla tərəfdar toplayırlar. Saylarının az olmasına baxmayaraq, on minlərlə insanı dini qaynaqlardakı yanlış məlumatları əsas gətirib təsirləri altına sala bilirlər. Məsələnin birdəfəlik  və köklü şəkildə həll olması üçün bu yanlış məlumatlar hər nə qədər mötəbər qaynaqlarda olmuş olsa da, Qurani-kərimə zidd olduqları üçün İslami mənbə olmaqdan çıxarılmalıdır.

Quran sevgi və sülh prinsiplərini insanlara ən gözəl şəkildə tövsiyə edən İlahi kitabdır. Din insanların könüllü şəkildə yaşadığı İlahi qanunlar toplusudur. Quranda dini ibadətləri yerinə yetirmək üçün məcbur etmə və ya cəza sistemi yoxdur.  Dinimizin təməl qaynağı olan Qurani-kərimdə dini ibadətləri yerinə yetirməməyə və ya başqa bir dinə mənsubluğa görə heç bir cəza sistemi yoxdur. İslama görə, insanlar istədiyi dinə inanmaqda azaddırlar. Allah bir ayədə: “Dində məcburiyyət yoxdur...” (Bəqərə Surəsi, 256), -buyurmaqla dinin digər insanlara təzyiq edilməklə yaşanmasını qadağan etmişdir. Bu ayə, eyni zamanda, İslamın dünyəvi dövlət prinsipləri ilə ziddiyyət təşkil etmədiyini açıq şəkildə göstərir. Dünyəvi dövlət quruluşu insanların inancını sərbəst şəkildə yaşayıb, digər insanları buna məcbur etməməsinin qarantiyasıdır.

Bir an belə vaxt itirmədən  bütün kütləvi informasiya vasitələrindən istifadə edib İslamın sülhü, sevgini, mərhəməti, keyfiyyəti, estetikanı təşviq etdiyini və həmçinin şiddəti, mərhəmətsizliyi, kin və nifrəti qadağan etdiyini təbliğ etməyə başlamaq lazımdır.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti