Səyyad Fərəcov

Bir əsər yazmaq istərdim. O əsərdə yalnız sən və mən olaq. Başqa heç kəs. Yalnız 2 miz. Adəm və Həvva kimi, ilk insanlar olaq istərdim. Çünki onda yanlış seçim edib yanıla da bilməzdik, onda düzgün insanı-yəni bir-birimizi axtarmağa ehtiyac da olmazdı.

  Bir əsər yazmaq istərdim. O əsərdə, nə yer nə də kainat heç nə olmasın - sən, mən, Tanrı və sevgimiz. Getməyə bir yer, etməyə bir işimiz də olmasın istərdim o əsərdə, bir-birimizi sevməkdən başqa. Tanrı, başqasını yaratmağa belə ehtiyac duymasın istərdim, çünki bizim sevgimiz o qədər saf olardı ki, şeytan ona yaxın belə düşə bilməzdi. Onunçün sınamağa belə ehtiyac olmazdı bizi. Elə bir əsər ki, zaman anlayışı olmasın. Elə bir əsər ki, zaman bizim sevgimiz qarşısında həmişə dayansın, çünki zaman anlasın ki, axıb getməyin bizim sevgimizə heç bir təsiri olmayacaq.

  Bilmirəm necə başlayım o əsərə. Səndənmi, məndənmi, Tanrıdanmi yoxsa sevgimizdənmi? Çünki hamısı mükəmməldi. Əsas da Tanrı. Yəqin ki, Ondan başlayaram və onunla da bitirərəm. Onun bu əsəri (sevgimizi) hissə-hissə necə yaratmağından başlayıb, sonda da öz yaratdığı əsərlə necə fəxr etməsiylə bitirərdim. Amma qorxuram bəzən.

  Qorxuram çünki bir-birimizi sevməkdən Tanrıya şükür etməyi yadımızdan çıxardaq və onun qəzəbinə düçar olub, hərəmizi Yerə bir yerlərə endirə, endirdi də. Amma şükürlər olsun ki, mərhəmətli Tanrımız bizi çox da uzaqlaşdırmadı bir-birimizdən, amma  sınadı. Bizim o biri insanlardan fərqimiz nədi bilirsən? O biri insanlardan fərqli olaraq bizdə, yarım da olsa bir qəlb var. Heç səndə də arada olurmu ki, bir boşluq hiss edərsən? Olur bilirəm. Çünki məndə də olur, tez-tez. Bax məndəki o boşluq sənsən, səndəki də mən. Və bizim Yer üzərindəki borcumuz  bir-birimizi tapıb o boşluğu tamamlamaqdı. Bəlkə sən biz doğulmazdan qabaqkı həyatı xatırlamaya bilərsən. Mən də xatırlamıram. Amma hiss edirəm.

  Hiss edirəm ki, bu, sənə dediyim kimidi. Gəl  əsəri dediyim kimi tamamlayaq. Gəl  əsərin sonunda Tanrı öz yaratdıqlarıyla daha çox fəxr etsin. Əvvəlki kimi, amma bu dəfə şükürü yadımızdan çıxartmamaq şərtiylə. Nə deyirsən, hə?

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti