Savalan Məmmədli


İnsanların dünyada baş verən hadisələrə qarşı laqeyidliyi  faciəvi həddə çatır. Əslində çoxdan çatıb. Laqeyidlik deyəndə dünyanın taleyi ilə bağlı köklü  dəyişikliklərin gözlər önündə baş verməsinə baxmayaraq insanların bu  fövqəladə  hadisələrə  biganə yanaşmasını nəzərdə tuturam.  Son yüz il ərzində baş  verən  hadisələrin ağırlıq yükü dünya tarixində görülməmiş dərəcədədir. Normalda sivilizasiyalarda min illər ərzində gedən dəyişiklər  artıq  indi bir neçə onilliyin ərzində getməkdədir. 

Tarixin hər səhifəsində materializmlə idealizmin fikri mübarizəsinə şahid olmuşuq. Lakin  dünyanın  istiqamətini dəyişəcək və dünyanın taleyinə birbaşa təsir edəcək irəliləyişlər  XX əsrin əvvəlində formalaşmağa başladı. Din və elm həmişə bir-biri ilə vəhdət təşkil etmiş, bir-birini tamamlamışdır. Lakin XIX əsrin  sonlarında ortaya çıxan, yaradılışı inkar edən təkamül fərziyyəsi adlandırılan bir ideologiyaya elmi don geyindirildi. Bununla da materializm  intibah dövrünə qədəm qoydu. Bu saxta fərziyyənin əsasında faşizm, kommunizm, anarxizm, kapitalizm kimi quruluşlar yaradıldı. Nəticədə təkcə XX əsrdə 120 milyon insan müharibələrin, qırğınların, soyqırımların qurbanı oldu.  Çox maraqlıdır ki, XX əsrə qədər baş vermiş bütün müharibələrdə ölən insanların sayı heç 120 milyona çatmırdı. Təsəvvür edin, dünya yaranandan bugünə qədər baş vermiş bütün müharibələrdə ölmüş insanların sayını toplasaq təkcə XX əsrin müharibələrində  ölmüş insan sayından az olar. Bu çox təəccübləndirici və fövqəladə bir vəziyyətdir.  Yəni bir düşünün, insana verilən işgəncə metodları, qətl metodları, soyqrım metodları  tarixdə olmadığı bir şəkildə ən qorxunc forması ilə XX əsrdə  görsəndi. İnsanlar sanki  qana susamış kimi bir-birinə hücum etdi.  XX əsrin ətraflı tarixini ən incə xırdalıqlarına qədər araşdırdıqda  təəccüblənməmək mümkün deyil. Hər cür  iyrənclik, hər cür vəhşilik, hər cür qorxu və təzyiq metodlarının  şahidi olduq. İnsanların  absurdluğu açıq aydın olan fikirlərə nə dərəcə inandığını və  tamamilə əsassız fikirlər üçün dünyanı qan gölünə necə çevirdiyinin şahidi olduq.  Dünyanın  dört bir yanında sırf insan öldürmək üçün professional  qruplar yetişdirilir. Təsəvvür edin dünya hansı dövrə gəlib ki, dünya işini gücünü atıb silah düzəltmək və insan öldürməklə məşğuldur. Baxın diqqət edin, bugün dünyanın ən gəlirli sahəsi silah alveridir. Dünyanın ən güclü şirkətlətləri silah istehsalı ilə məşğuldurlar. Dayanmadan illərdir  maksimum yaxşı öldürmək üçün daha yaxşı silah düzəltmək yarışı gedir və bu çərçivədə saysız hesabsız silah istehsalçısı bir-biri ilə yarışır və ən dəhşətli silahları düzəldirlər. Bəs kimə satacaqlar?  Münaqişə və müharibə  olmalıdır ki, pul qazansınlar. Bunun üçündə süni şəkildə müharibələr təşkil edib, münaqişə ocaqları yaradıb, terrorçu qruplar yaradıb və sonrada hər iki tərəfə silah satmağa başlayırlar. Nəticədə  milyonlarla insan ölür və onlarda pul qazanırlar. Bəs onlar bunu niyə edirlər? Onların inancına görə güclü irqlər zəif irqləri əzməlidir. Bəs bu fikir haradan qaynaqlanır? Təkamül fərziyyəsindən. Bu insanların, bu qüvvələrin inancı təkamül fərziyyəsidir. Bunun üçündə XX əsrdə rəsmi olaraq  təkamül fərziyyəsi əsasında qurulmuş Kommunizm və Faşizmlə dünyanı necə qan gölünə çevirdilərsə bugündə eyni prinsiplə davam edirlər. Varlıların kasıbları əzməli olduğu fikrini müdafiə edən kapitalizmin də əsasında təkamül fərziyyəsi dayanır. Bu ideologiya maliyyə köləliyinə əsaslanan bir sistemdir.  Razı deyilsiniz? Yaxşı sizə bir sual verim. Hal-hazırda və son bir əsrdir dünyada təxminən 10 ən varlı ailə yaşayır ki bəzilərini bir çoxumuz tanıyırıq.  Hansıki bu ailələrin büdcəsi dövlət almağa bəs edəcək miqdardadı. Bəs sizcə bu ailələr büdcələrinin çox cüzi bir qismini silah istehsalına deyil, Afrikadakı, Orta Asiyadakı ac ölkələrə yardım etmək üçün ayırsalar  orada ac insan qalar? Əlbəttə, qalmaz. Bəs bunu niyə etmirlər? Bunun əvəzinə labarotoriyalarda süni viruslar yaradıb bu ölkələrə yayırlar ki, müharibədə ölməyənlər də xəstəlikdən ölsünlər. Yəni niyə o yardımı etmirlər sizcə?  Əslində diqqət yetirsəniz özlərinin bu sualı cavablandırdıqlarını görərsiniz. Deyirlər ki,  “çünki onlar, yəni bu xalqlar, zəif millətlərdir, insanlar zəifdirlər, inkişaf etməmiş heyvan növüdürlər, biz güclüyük və güclü zəifi əzməlidir” . Bu nə deməkdir?  Hal-hazırda dünyada baş verən bütün müharibələrin, münaqişələrin, aclığın, qıtlığın və s. hamısının səbəbinin təkamül fərziyyəsi olduğunun sübutudur.   Yaxşı bəs bu fərziyyə necə ortaya çıxdı və dünya necə bu vəziyyətə düşdü?

Baxın,diqqət edin, bunlar  adi hadisələr deyil, bu hadisələr dünyanın hansısa bir məqama gəlib çatdığına işarədir. Bəs dünyada min illər ərzində baş verməmiş hadisələr necə olur ki, çox qısa müddətdə cərəyan edə bilir?  Bu hadisələri və səbəblərini hz. Muhəmməd (s.ə.v)  1400 il əvvəl bizə bildirmişdir. Peyğəmbərimiz (s.ə.v)  hədislərində qiyamətə çox yaxın bir dövrdə Dəccalın çıxacağını, insanları təsiri altına salacağını və müharibələr, qarışıqlar, fitnələr çıxaracağını bildirmişdi. Hətta Peyğəmbərimiz (s.ə.v) hədislərində Dəccalın ən səciyyəvi xüsusiyyətinin “öldürmək, öldürmək öldürmək”  olduğunu bildirmişdir. Yəni Peyğəbərimiz (s.ə.v)  də Dəccalın zamanında çox sayda insanın öləcəyini demişdir. Bir sözlə, ötən əsr və hazırda yaşadığımız dövrdə dünyada baş verən hadisələrə diqqətlə baxsaq Dəccalın artıq uzun müddətdir aramızda olduğunu, həm ideoloji, həm də fiziki fəaliyyətə başladığını müşahidə edə bilərik. Lakin, dostlar, oyanmaq vaxtıdır. Dəccal adi bir şəxs deyil və onun apardığı müabirəzə də adi bir mübarizə deyil. Hər cür vasitə ilə insanları Allah`ın yolundan ayırmağa çalışır. İnsanlara pisi yaxşı, yaxşını pis, haqqı nahaq, nahaqqı haqq, doğrunu yalnış, yalnışı doğru,  çirkini gözəl, gözəli də çirkin göstərməyi çox yaxşı bacarır. Onun təsir dairəsinə düşən  əksər insanlar əslində Dəccalın təsirində olduqlarını bilmirlər. Nəticə etibarı ilə Dəccalın sisteminin ideoloji əsasının təkamül fərziyyəsi olduğu hamımıza aydındır. Bu vəziyyətdə vicdanlı hər insanın etməli olduğu şey dünyadakı bütün müharibələrin, qarışıqların, qırğınların və s. səbəbi olan Dəccalın ideologiyasına, yəni təkamül fərziyyəsinə qarşı elmi mübarizə aparmaq və mübarizə aparanları dəstəkləməkdir. Çünki dünyanı xilas edənlər onlar olacaq.

Aydın məsələdir ki, hamımız hardasa işləyirik, işə gedib gəlirik, ailə-uşaq və s. gündəlik məişət və iş problemləri başımızı elə qatır ki, dünyada gedən prosesləri izləməyə bəzən bir çoxumuz vaxt ayıra bilmirik. Lakin  bunu da nəzərə almalıyıq ki, artıq dünyada baş verənlər  regional xarakter daşımır. Bütün dünyanın taleyi ilə bağlı hadisələr baş verir. Artıq daha aktiv olmalı, sadəcə regionumuzla bağlı məhdud yeniliklərin çərçivəsindən kənara çıxmalı və dünyadakı fövqəladə hadisələri ətraflı incələməliyik. Laqeyidlik psixlogiyası ölkə səviyyəsində onsuzda zəif olan sosial aktiv çevrələrdə də hakim olsa nə informasiya cəmiyyətindən, nə aktiv sosial mühitdən, nə maariflənmədən danışmağımız mümkün olmaz.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti